Yaxın Şərq yenidən çaxnaşmaya hazır vəziyyətdə

Son bir neçə gündür ki, Ər-Riyad bütün diqqətləri özünə cəmləşdirib. İslam dünyasının mərkəzi kimi tanınan Səudiyyədə bir-birinin ardınca baş verən həbslər, müəmmalı qəza və ölkənin tanınmış bir neçə simasının həmin qəzada həlak olması, eləcə də qonşu Livanın baş nazirinin öz ölkəsini qoyub, gəlib Səudiyyədə istefa verməsi barədə bəyanatla çıxış etməsi Ər-Riyadın həm daxili, həm də xarici siyasətdə radikal addımlar atması kimi dəyərləndirilsə də, amma sadaladığımız amillər və proseslərin arxasında kənar təsirlərin olduğu da istisna edilmir. Hər halda Səudiyyə rəhbərliyinin Birləşmiş Ştatlarla sıx əməkdaşlığı belə deməyə əsas verir.

Proseslər göstərir ki, regionda sülh və sabitlik uzaq perspektivdə də mümkün görünmür

Son bir neçə gündür ki, Ər-Riyad bütün diqqətləri özünə cəmləşdirib. İslam dünyasının mərkəzi kimi tanınan Səudiyyədə bir-birinin ardınca baş verən həbslər, müəmmalı qəza və ölkənin tanınmış bir neçə simasının həmin qəzada həlak olması, eləcə də qonşu Livanın baş nazirinin öz ölkəsini qoyub, gəlib Səudiyyədə istefa verməsi barədə bəyanatla çıxış etməsi Ər-Riyadın həm daxili, həm də xarici siyasətdə radikal addımlar atması kimi dəyərləndirilsə də, amma sadaladığımız amillər və proseslərin arxasında kənar təsirlərin olduğu da istisna edilmir. Hər halda Səudiyyə rəhbərliyinin Birləşmiş Ştatlarla sıx əməkdaşlığı belə deməyə əsas verir. Nəzərə alsaq ki, yeni Ağ Ev rəhbəri Donald Tramp da ilk xarici səfərini məhz bu ölkəyə etdi, o zaman səslənən ehtimalların müəyyən qədər doğru olduğunu söyləyə bilərik. Politoloq Məhəmməd Əsədullazadə Səudiyyə Ərəbistanında cərəyan edən prosesləri şərh edərkən deyib ki, Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanı, Yaxın Şərqdə İrana qarşı böyük bir siyasi-hərbi ittifaq qurub. Onun sözlərinə görə, İranın Livanda dəstəklədiyi "Hizbullah" və Yəməndə "Husi" hərbi-siyasi təşkilatları vasitəsilə apardığı geosiyasi mübarizə Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, İsrail və Birləşmiş Ştatları çox ciddi narahat edir: "Hazırda Yaxın Şərqdə Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanını prosesə qoşmaqla, regionda yeni siyasi-hərbi qarşıdurmanı dərinləşdirir. Qeyd edək ki, Livanın baş naziri Səid- Əl Hərirnin Ər-Riyadda istefa qərarı, Livanda xüsusilə Yaxın Şərqdə yeni siyasi böhranın başlanğıcını qoydu. Yeni hərbi ssenarinin Livanda "Hizbullah"a qarşı aparılması gözlənilir". Politoloq hesab edir ki, məhz Səudiyyə tərəfindən baş nazir Səid-Əl Həririnin istefaya məcbur edilməsi, Livanda "Hizbullah"a qarşı başladılan planın bir hissəsidir: "Bir daha qeyd edim ki, Livanın baş naziri Səid Harinin Səudiyyə Ərəbistanında istefası çox ciddi mətləblərdən xəbər verir. Bir ölkənin baş naziri digər bir ölkədə oğurlanır və istefaya məcbur edilir. Onu da nəzərə almaq lazımdır ki, Hariri Səudiyyə Ərəbistanı vətəndaşıdır. Livanda İranın "Hizbullah" vasitəsilə siyasi təsirinin güclənməsi, Birləşmiş Ştatlar və İsraili çox ciddi narahat edir. Amerikanın bu narahatlığını dövlət katibi Tilleronda: "Livan ərazisində heç bir ölkənin dəstəklədiyi hərbi təşkilat olmamalıdır" deməklə xüsusi vurğuladı". Məhəmməd Əsədullazadə qeyd edib ki, Livan baş naziri Səid Hariri İrana yaxın bir siyasətçi kimi tanınır : "Onun Səudiyyə Ərəbistanının hava limanında "həbs" edilməsi, ardlnca istefaya məcbur edilməsi və çıxışında İranı tənqid etməsi, düşünürəm ki, Birləşmiş Ştatlar tərəfindən həyata keçirilmiş siyasi əməliyyatdır.Səudiyyə Ərəbistanı təbii ki, belə bir cürət edib, Livan baş nazirini azadlığını məhdudlaşdırıb, istefaya məcbur edə bilməzdi. Bu əməliyyatda ABŞ-İsrail izi danılmaz faktdır. Livana qarşı həyata keçirilən bu siyasətin ən başlıcası "Hizbullahın" güclənməsindən qaynaqlanır.  Baş verənlər fonunda Səid Hariri bir daha Livana qaytarılmayacaq. Böyük bir siyasi oyunun qurbanı olan, vəzifəsindən məcbur şəkildə uzaqlaşdırılan baş nazir ömrünü Körfəz ölkələrinin birində keçirəcək". Politoloq onu da diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanı Yəməndə İran dəstəkli "Husi" qiyamçılarına qarşı hərbi əməliyyatlar aparır. Üç ildir ki, aparılan hərbi əməliyyatlarda heç bir müsbət irəliləyişə nail olunmur: "Çünki, İranın hərbi dəstəyi nəticəsində Husilərin dirənişi günü-gündən güclənir. Hətta Səudiyyənin içərilərinə kimi ballistik raketlər atırlar.  Təbii ki, husilərin bu hərbi hücumları Birləşmiş Ştatlar və Səudiyyə tərəfindən İranın hədəf alımasını daha da şərtləndirəcək.  İranın Yaxın Şərqdə möhkəmlənməsinə imkan verməmək üçün Birləşmiş Ştatlar rəsmi Ər-Riyadı güclü şəkildə silahlandırır. Amerika Yaxı Şərqdə aparılan vəkalət müharibəsində İsrailə dəstək üçün İranın Yaxın Şərq siyasətini iflasa uğratmağı hədəf qoyub.  Qeyd edim ki, Tehran mümkün qədər öz mövcudluğunu qorumaq üçün təsir arealını genişləndirməyi strateji hədəf seçib. İsrail Suriya və Livanda güclənməkdə olan İranın təsirini yox etmək üçün ilk növbədə "Hizbullah"la haqq-hesab çəkəcək. Bunun nə qədər dağıdıcı olacağını isə, proseslərin gedişində aydın görmək olar. Bir sözlə Yaxın Şərq yenidən geniş çaxnaşmaya hazır vəziyyətdədir". Politoloq onu da diqqətə çatdırıb ki, İran son illər Livan, Suriya və İraqda kifayət qədər güclənib. Məhəmməd Əsədullazadənin sözlərinə görə, İranın regionda geosiyasi maraqlarının qarşısı alınmayınca, çox ciddi qarşıdurmaların şahidi olacağıq: "Bu ölkə öz hərbi dayaqlarını yaratmaqla böyük tarixi yanlışlığa yol verir. Baş verən proseslər göstərir ki, Yaxın Şərqdə sülh və sabitlik uzaq perspektivdə də mümkün görünmür".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31