Gündəm

YAP-ın 25 illiyi münasibətilə təntənəli mərasim keçirilir

14 Noyabr 2017 13:13

Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilir. Məlumata görə, Azərbaycan prezidenti, YAP sədri İlham Əliyev mərasimdə iştirak edir.

“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə

14 Noyabr 2017 13:11

 Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçiriləcək.

Deputatlarımız AŞ PA-nın komitə iclasına qatılıblar

14 Noyabr 2017 13:10

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər.

Qadını qarət edən şəxs saxlandı

14 Noyabr 2017 13:08

Noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

DİN Şamaxıdakı dəhşətli qətllə bağlı məlumat yaydı

14 Noyabr 2017 13:07

Noyabrın 13-də səhər tezdən Şamaxı Rayon Polis Şöbəsinə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Araşdırmalarla müəyyən edilib ki, hər səhər onu məktəbə yola salan anası Badamı görməyən oğul həyəcanlanıb və dərhal polisə müraciət edib. DİN-dən “Olaylar”a bildirilib ki, dərhal yaradılan istintaq-əməliyyat qrupu şəhərin Azadlıq küçəsindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirib. Həyətdəki quyunun daş-kəsəklə doldurulması diqqət çəkib.

Dövlət qulluğuna qəbulda yenilik

14 Noyabr 2017 13:06

Dövlət qulluğuna qəbul üçün keçirilən əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib. Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

“Silahlı Qüvvələr haqqında” qanun dəyişdirilir

14 Noyabr 2017 13:04

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub. “Olaylar”ın məlumatına görə, bu, “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsidir.Yeni qanun layihəsində Silahlı qüvvələrin maliyyə təminatı, şəxsi heyətin və komplektləşmənin həyata keçirilməsinə dair vəzifələr də əksini tapıb. Burada hər bir hökumət strukturunda olduğu kimi Silahlı qüvvələrin şəxsi heyətinin məsuliyyəti də hüquqla müəyyən edilir.

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisinin qətlə yetirdiyi məlum olub

14 Noyabr 2017 13:02

Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub. 

Prokuror MTN generalı Elçin Quliyevin DTX-ya vurduğu 7 milyon manat ziyanın ödənilməsini istəyib

14 Noyabr 2017 13:00

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə prokurorun çıxışının bəzi təfərrüatları məlum olub.

Lombardı qarət edən şəxs tutulub

14 Noyabr 2017 12:56

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ayaz Rəhimovun ətrafında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanası və Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Donuz oğrusu yaxalandı

14 Noyabr 2017 12:55

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Habil Məmmədovun ətrafında Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. “Olaylar”ın məlumatına görə, DİN-in mətbuat xidmətidnən bildirilib ki, onun 2016-cı il avqustun 13-də Buzovna qəsəbə sakini Rövşən Bayramova məxsus həyətyanı sahədən 6 baş donuz oğurlaması da müəyyən edilib.

Bələdiyyələrin də peşə məktəbi olacaq

14 Noyabr 2017 12:54

“Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasına çıxarılır. Məlumata görə, yeni qanun layihəsində dövlət, özəl, bələdiyyələrin nəzdində peşə məktəblərinin fəaliyyət göstərməsi əks olunub.

Ögey anasını öldürüb quyuya atdı

14 Noyabr 2017 12:52

Şamaxı şəhərində qətl hadisəsi baş verib.“Olaylar” xəbər verir ki, hadisə noyabrın 13-də qeydə alınıb. Belə ki, şəhər sakini, 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu ögey anası, 1960-ci il təvəllüdlü Bağırova Badam Abduləli qızı ilə mübahisə edib. Mübahisə zəmnində R.Bağırov B.Bağırovanı qətlə yetirib.

Parlamentin iclas vaxtı dəyişdirildi

14 Noyabr 2017 12:50

Milli Məclisin noyabrın 14-nə təyin edilən plenar iclası noyabrın 17-nə keçirilib.“Olaylar” xəbər verir ki, iclasın gündəliyinə dəyişiklik olmayıb. İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Notariat haqqında” və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirəsi nəzərdə tutulur.

Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələr aclıq aksiyasına başlayıblar

14 Noyabr 2017 12:47

İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.  “Elmin İnkişafı Naminə” təşəbbüsünün üzvü David Petrosyan bu gün tələbələrdən 5-nin aclıq aksiyasına başladığını bildirib. D. Petrosyan da aclıq aksiyası keçirən tələbələr sırasındadır. Aclıq aksiyası edən beş tələbədən dördünün ordu sıralarında xidmət etdiyini nəzərə çatdıran D. Petrosyan deyib ki, onlar bu addımı atmaqla hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması barədə qanun layihəsinə qarşı mübarizə aparırlar.