Deputatlarımız AŞ PA-nın komitə iclasına qatılıblar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, iclaslarda Avropada İslam dinini yayan xarici maliyyəçilərin siyasi nəticələrə təsiri, İŞİD terror təşkilatının maliyyələşdirilməsi, AŞPA-nın ATƏT-lə münasibətləri, Suriyadakı vəziyyətin qonşu dövlətlərə təsiri, Liviyanın gələcəyi, Moldovada və Ermənistanda vəziyyət, Polşada demokratik institutların fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.Səfər noyabrın 16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31