Cəza üsulu uşaqların tərbiyəsində nə dərəcədə mühüm rol oynayır?

Son illərdə qeydə alınan cinayət hallarında müşahidə edilən mənfi tendensiyalardan biri də gənclərin, bəzən isə azyaşlı uşaqlarına cinayət törədənlər arasında yer almasıdır. Bəzən bilərəkdən, bəzən isə kortəbii şəkildə törədilən bu cinayətlər uşaqların müəyyən cəzalar almasına gətirib çıxarır. Bir qayda olaraq bu kimi mənfi hallarda üzləşdiyimizdə isə birmənalı şəkildə həmin uşağın ailəsi, valideynləri hədəf seçilir, uşağın belə bir arzuolunmaz situasiya ilə qarşılaşmasında onların günahkar olduğu vurğulanır. Və haqlı olaraq qeyd edilir ki, uşaq ailədə, valideynləri tərəfindən zamanında düzgün tərbiyə edilsə, son nəticədə qeyd etdiyimiz mənfi hallarla üzləşməzdi.

Son illərdə qeydə alınan cinayət hallarında müşahidə edilən mənfi tendensiyalardan biri də gənclərin, bəzən isə azyaşlı uşaqlarına cinayət törədənlər arasında yer almasıdır. Bəzən bilərəkdən, bəzən isə kortəbii şəkildə törədilən bu cinayətlər uşaqların müəyyən cəzalar almasına gətirib çıxarır. Bir qayda olaraq bu kimi mənfi hallarda üzləşdiyimizdə isə birmənalı şəkildə həmin uşağın ailəsi, valideynləri hədəf seçilir, uşağın belə bir arzuolunmaz situasiya ilə qarşılaşmasında onların günahkar olduğu vurğulanır. Və haqlı olaraq qeyd edilir ki, uşaq ailədə, valideynləri tərəfindən zamanında düzgün tərbiyə edilsə, son nəticədə qeyd etdiyimiz mənfi hallarla üzləşməzdi. Psixoloq Leyla Əliyeva da hesab edir ki. uşağın gələcəkdə bir layiqli vətəndaş kimi fomalaşması ilk növbədə onun ailəsindən, vaiideynlərindən asılıdır. Onun sözlərinə görə, valideynlər elə uşaq yaşlarından nəyin doğru, nəyincə yalnış olduğunu öz uşaqlarına təlqin etməli, çatdırmalı, onu mənfi situasiyalardan uzaqlaşdırmağı bacarmalıdır. Hətta lazım gəldikdə ona ailədaxili cəza verməkdən belə çəkinməməlidirlər. Leyla Əliyeva bildirib ki, uşağın xoşbəxt olmağını istəyirsinizsə, onun bəzi arzu və istəklərinə yox deyə bilməli və riayət etməli olduğu qaydaları öyrətməlisiniz: "Uşağa isti, güvənli bir ailə mühiti yaratmaq, paylaşmağı, başqalarına hörmət etməyi öyrətmək və sağlam bir özgüvən formalaşdırmaq üçün kömək etmək valideynlərin ən vacib işidir. İlk aylardan sonra uşaqlara bəzən istək və ehtiyaclarını ödəməyi təxirə salmağı öyrətmək lazımdır. Bunun üçün uşağa dünyanın onun ətrafında dönmədiyini anlatmaq lazımdır. Gərginliyini kontrol etməyin vacibliyini başa düşməlidir. Bunun üçün uşağa ağlama, mızıldanma, əsəbləşmə hərəkətləri etdiyi zaman istəklərinin yerinə yetməyəcəyini öyrətməlisiniz. Hər istək və ehtiyacın həmin andaca yerinə yetirilə bilməyəcəyini izah etməlisiniz". Bəs, uşaqların arzuolunmaz davranışlarını necə önləmək, onun qarşısını almaq olar?. Psixoloq deyir ki, əksər hallarda valideynlər pis hərəkətləri cəzalandırır və cəzalandırdıqları davranışın sonlanacağını düşünürlər: "Ancaq düşünülənin əksinə cəza çox zaman əks təsir edir, arzuolunmaz hərəkətləri daha da artırır. Cəzanın ən pis nəticəsi valideyn-uşaq münasibətinin zədələnməsi və uşağa fiziki və psixoloji zərbənin vurulmasıdır. Cəza həm fiziki (vurmaq, döymək şəklində), həm də sözlə (uşağı alçaltmaq və sevgini əsirgəmək şəklində) ola bilər. Bu növ cəzalar nəticəsində isə uşaq sırf cəza almamaq üçün pis hərəkətləri təkrarlamaya bilir. Yaxud, elədiyi pis hərəkətin nəticəsini anlayıb, bir daha etməməsi üçün fürsət tanınmamış ola bilir. Pis hərəkətindən ötrü özünü günahlandırmaq əvəzinə, başqasını günahlandırır, uşaqda valideynə qarşı kin yaranır. Həmçinin cəza aldığı üçün uşaq özünü aciz hiss edə bilər. Böyükləri nümunə alaraq özü də, eyni üsullarla problemləri həll etməyə çalışa bilər". Psixoloq onu da diqqətə çatdırıb ki, bəzən valideynin cəzası sərt olduğu üçün uşaq cəza almamaq üçün pis hərəkətləri gizli-gizli təkrarlaya bilər, yalan danışmağa başlayar: " Cəza əvəzinə istifadə edilə biləcək üsullar isə bunlardır. Təkrarlanmasını istəmədiyiniz davranışı açıqca başa salıb, hansı hərəkəti niyə etməməli olduğu haqqda məlumat verməlisiniz. Niyə pis hərəkəti təkrarladığını düşünüb nəticə almaq üçün fərqli çıxış yollarını axtarmaq lazımdır. Arzuolunmaz hərəkəti niyə etdiyini tapdıqdan sonra mühiti dəyişdirərək təkrarlanmasının qarşısını ala bilərsiniz. Görməzdən gələ biləcəyiniz davranışları gözardı edib, istədiyiniz kimi davrandıqda təqdir etməlisiniz. Davranışının nəticəsini yaşamasına imkan verməlisiniz. Sonuncu üsulu bütün bu davranış dəyişdirmə cəhdlərini dəfələrlə təkrarlamağımıza baxmayaraq arzuolunmaz davranışı davam etdirdiyi zaman tətbiq etməliyik. Məsələn, iki uşağınız televiziya kanalları mövzusunda tez-tez mübahisə edirsə, bunun olmaması üçün bütün üsulları tətbiq edib nəticə ala bilmirsinizsə, o zaman televizoru söndürərək davranışlarının nəticəsini yaşatmaq lazımdır. Nəticə olaraq böyüklərin məqsədi uşaqların arzuolunmaz davranışlarını azaldıb müsbət davranışlarını artırmaq və müstəqil həyata hazırlamaqdır. Uşaqlarınızın doğru və yalnışı ayırd edə bilən, özgüvənli olmasını istəyirsinizsə onlara vaxtında və gərəkli olan mükafatlandırma və cəza üsullarını tətbiq edin".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31