Birləşmiş Ərəb Əmirlikləri-İran qarşıdurması dövlətlərarası münaqişələr prizmasında
Dövlətlərarası münaqişələr beynəlxalq münasibətlər sistemində mühüm yer tutur və onlar beynəlxalq münaqişələrin tərkib hissəsi hesab olunur. Dövlətlərarsı münaqişələri Beynəlxalq münaqişələrlə birləşdirən cəhətlər olduğu kimi onları bir-birindən ayıran xüsusiyyətlər də mövcuddur.
14 Noyabr 2017 13:29 DünyaDövlətlərarası münaqişələr beynəlxalq münasibətlər sistemində mühüm yer tutur və onlar beynəlxalq münaqişələrin tərkib hissəsi hesab olunur. Dövlətlərarsı münaqişələri Beynəlxalq münaqişələrlə birləşdirən cəhətlər olduğu kimi onları bir-birindən ayıran xüsusiyyətlər də mövcuddur. Öncə dövlətlərarası münaqişələrə xas olan xüsusiyyətləri nəzərdən keçirək: dövlətlərarsı münaqişələrin subyektlərini dövlətlər, yaxud dövlətlərin koalisiyaları təşkil edir; dövlətlərarsı münaqişələrin kökündə münaqişə edən tərəflər arsında milli-dövlət maraqları dayanır; dövlətlərarsı münaqişələr qarşıduran dövlətlərin siyasətlərinin davamı hesab olunur; müasir dövlətlərarsı münaqişələr eyni zamanda regional və qlobal beynəlxalq münasibətlərə ciddi təsir göstərir; dövlətlərarsı münaqişələr siyasi, iqtisadi, ərazi, dini, milli, etnik səbəblərdən baş verə bilər. Dövlətlərarsı münaqişələrə keçmiş tarixdən və müasir dövrdən çoxlu misallar gətirmək mümkündür: İran-İraq, İraq-Küveyt, Rusiya-Gürcüstan, Azərbaycan - Ermənistan arasındakı münaqişələr dövlətlərarsı münaqişələrin bariz nümunələridir. Bu münaqişələr münaqişənin bütün inkişaf mərhələlrini keçərək müharibəyə qədər çatmışdır və onların həll olunması müharibə mərhələsinə keçdikdən sonra mümkün olmuşdur. Azərbaycan-Ermənistan münaqişəsi isə hələ də həll olunmamış qalır. Dövlətlərarsı münaqişələrdən biri də Birləşmiş Ərəb Əmirlikləri və İran arasında olan münaqişədir. Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyasının 2017-ci ildəki yığıncağında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed al Nahyan bu mötəbər kürsüdən İranın ünvanına kəskin hücum edərək onu regionda təhlükəsizlik və stabitliyi pozmaqda günahlandırdı. Onun sözlərinə görə İran P5+1 ölkələri ilə nüvə tədqiqatları sahəsində bağladığı Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirmir və region ölkələri ilə güc və pozuculuq dili ilə danışır. Bu çıxış münaqişənin köklərinin dərinə getdiyindən xəbər verirdi. İran İslam İnqilabından sonra bu inqilaba qarşı dura bilmək və şiə ideologiyasının yayılmasını əngəlləmək və elə cə də öz hakimiyyətlərinə gələn təhlükəni aradan qaldırmaq məqsədi ilə Körfəz ölkələri elə məhz Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi altında Körfəz ölkələri Əməkdaşlıq Şurasını yaratdılar. Buraya Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxil oldular. Şuranın yarandığı tarix kimi 25 may 1981-ci il götürülür. Şuranın İrana və xüsusilə İslam inqilabına qarşı yaranması ilk gündən məlum idi. Amma çox keçmir ki, bu olkələr sözdən işə keçərək İraqa onun İranla apardığı müharibədə mümkün olan hər şeyi etdilər. Bunun müqabilində Səddam Hüseyn 1971-ci ildə İngilislərin tərk etməsindən sonra İranın ərazisinə qatılmış adaların Birləşmiş Ərəb Əmirliklərinə qaytarcağını vəd edirdi. Adi bir faktı qeyd etmək yerinə düşərdi ki, təkcə İraqın müharibə gedişində Küveytdən aldığı borc 14 milyard dollar idi və sonralar bu İraqın Küveyti işğal etməsində əsas amil olacaqdı. Bu günlər İranla Birləşmiş Ərəb Əmirlikləri arasında normal iqtisadi və ticari əlaqələrin mövcud olmasına baxmayaraq siyasi münasibətlər həll olunmamış qalır və zaman-zaman bu münaqişə səviyyəsinə qədər yüksəlir. Qətərlə olan məlum hadisələr zamanı BƏƏ Səudiyyə Ərəbistanı ilə eyni cərgədə duraraq Qətərə və İrana qarşı sanksiyalarda iştirak etdi. Baxmayaraq ki, İranla BƏƏ arasında olan mal dövriyyəsi Qətərlə olan dövriyyədən qat-qat artıqdır. Burada qeyd etmək lazımdır ki bu nümunədə iqtisadi və siyası münasibətlər bir-birinin əksini təşkil edir. BƏƏ ya iqtisadi münasibətləri siyasi münasibətlərdən üstün tutur, ya da Səudiyyə Ərəbistanına məcburiyyət qarşısında qoşulub. İki ölkə arasında münasibətlərin xarakterini nəzərdən keçirdikdə onlar arsında aşağıdakı sahələrdə münaqişələrin mövcud olduğunu görürük: Lokal və regional hadisələrə fərqli münasibətdən doğan baxış bucağı, Körfəz Əməməkdaşlıq Şurasının üzvü kimi BƏƏ ABŞ-ın regiondakı və ümumiyyətlə dünyadakı siyasətini dəstəklədiyi halda İran bunun tamamilə əksini sərgiləyir; İran İslam Respublikasının artan nüfuzu digər körfəz ölkələri kimi BƏƏ-ni də narahat edir. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı bütün cəhdlərə baxmayaraq İranın qarşısını almaqda çətinlik çəkirlər və regionda bir İran kabusu dolaşmaqdadır. Bu qorxudan təbii ki BƏƏ-nə də pay düşür; Yəmən, Suriya və İraq məsələlərində fərqli yanaşmalar. Məlumdur ki, BƏƏ qeyd olunan məsələlərdə ABŞ və Səudiyyə Ərəbistanı ilə eyni mövqeni bölüşür və bu İranın mövqeyi ilə tamamilıə ziddir; Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında olan sıx münasibətlərin təsiri. Məlum olduğu qədər bu ilk Körfəz ölkəsi arasında olan münasibətlər son dərəcə məhrəmdir və bu münasibətlər İranla olan əlaqələrin pisləşməsinə ciddi təsir göstərir; İki ölkə arasında ərazi iddialarının mövcudluğu. Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları üzündən iki ölkə arasında cddi ərazi iddiaları mövcuddr və iddialar ölkələrin yaxınlaşmasına əngəl yaradan səblərdəndir; İranla Birləşmış Ərəb Əmirlikləri arasında mövcud olan münaqişələr istənilən qonşu dövlətlər arsında ola biləcək münaqişələr sırasındandır. Hər iki tərəfin arzu və istəyi olarsa bu nünaqişələri həll etmək və yola birgə davam etmək olar. Yox əgər bu dövlətlər aralarındakı münaqişəni güc yolu ilə həll etməyə ümid edirlərsə qoy onda dönüb gerirə-tarixə nəzər salsınlar. Belə münaqişələrdən ikisi heç də uzaq tarixdə baş verməyib. Bu baxımdan İran-İraq, İraq Küveyt müharibələri nəticə çıxarmaq üçün layiqli nümunədir.
Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru
Konfliktoloq