Gündəm

Türkiyənin keçmiş qol kralı həbs edilib

17 Noyabr 2017 11:14

Türkiyənin tanınmış futbolçusu, vaxtilə qol kralı olmuş Zafer Biryol saxlanılıb. Z. Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilib. Hələlik Z. Biryola qarşı konkret hansı ittihamın irəli sürüldüyü məlum deyil.

Səudiyyə Ərəbistanı Britaniya krallığına çevrilir?

17 Noyabr 2017 11:11

Vəliəhd Şahzadə Səudiyyə Ərəbistanında hakimiyyəti təhvil alaraq yeni dövr başladacaq.  Səudiyyə Ərəbistanının 81 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səud gələn həftə öz taxtını vəliəhdi 32 yaşlı şahzadə Məhəmməd bin Salmana təhvil verəcək.

Vergi məlumatlarını vaxtında təqdim etməyənlər cərimələnəcək

17 Noyabr 2017 11:09

Vergi məlumatlarını vaxtında təqdim etməyənlər və ya vergi məlumatlarını bilərəkdən təhrif edənlər cərimələnəcək. “Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

Milli Məclis 30 qanun layihəsinin müzakirəsinə toplaşır

17 Noyabr 2017 11:08

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxil edilib. Bunlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə; “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında; “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında;

Qaliblər mükafatlandırıldı - Milli Dirçəliş günündə

17 Noyabr 2017 09:50

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Rusiya terrorçuların obyektlərini bombaladı

17 Noyabr 2017 09:44

Rusiya terror qruplaşmalarına aid 1250 obyekti bombalayıb.  Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanan məlumata görə, Rusiyanın Hava-Kosmik Qüvvələri həftə ərzində Suriya səmalarında 500-dən çox uçuş həyata keçirib. Uçuşlar zamanı beynəlxalq terror qruplaşmalarının 1250-dən çox obyektinin məhv edildiyi qeyd edilib.

FETÖ Tarkana necə PLAN QURDU?

17 Noyabr 2017 09:27

Məşhur türkiyəli müğənni Tarkan FETÖ terror təşkilatının qurbanlarından hesb olunur. Olaylar.az bildirir ki, bu sabah Türkiyə mətbuatında yer alan məlumata əsasən 17 – 25 dekbr, 2013 – cü ilə qədər FETÖ terror qruplaşması tərəfindən idarə olunan İstanbul Təhlükəsizlik İdarəsiin Narkotiklərlə Mübarizə şöbəsi 15 ay boyunca Tarkanın telefon danışıqlarını dinləmiş və müğənninin getdiyi məkanlarda gizli videolarını çəkilmişdi.

Hakim oyundan sonra öldü

17 Noyabr 2017 09:09

İtaliyalı basketbol hakimi Canluka Mattioli 51 yaşında dünyasını dəyişib. Bu barədə İtaliya Basketbol Federasiyasının (FIP) mətbuat xidməti məlumat yayıb. Mattioli İspaniyanın Mursiya şəhərində yerli komanda ilə "Monako" basketbol komandası arasında keçirilən Çempionlar Liqası oyunundan sonra vəfat edib.

17 noyabr Milli Dirçəliş Günüdür

17 Noyabr 2017 08:00

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı.Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

Azərbaycanda növbəti ZƏLZƏLƏ

16 Noyabr 2017 21:35

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə əsasən, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb. Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

“Zaman və Məkan”nın qalibləri məlum oldu

16 Noyabr 2017 21:32

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında növbəti iclas keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin müəyyən edilməsi ilə bağlı keçirilən iclasda İttifaqın sədri, professor Şəfiqə Məmmədova, qurumun birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissor xalq artisti Oqtay Mirqasım, kinorejissor əməkdar incəsənət xadimi Rafael Qəmbərov, əməkdar incəsənət xadimi Yavər Rzayev iştirak ediblər.

Türk Filmləri Həftəsinin açılış mərasimi keçirildi

16 Noyabr 2017 21:26

Bakıda Türk Filmləri Həftəsinin açılış mərasimi keçirilib. Nizami Kino Mərkəzində baş tutan tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə baş müşaviri Yalçın Topçu və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Naibə Allahverdiyevanın hamıdan gizlətdiyi əri - FOTOLAR

16 Noyabr 2017 21:13

Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva hamıdan gizlətdiyi həyat yoldaşı ilə tədbirlərin birinə qatılıb. Aktrisa özündən 7-8 yaş kiçik həyat yoldaşını fotokameramızdan gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Səmimiyyəti ilə diqqət çəkən cütlük saytımıza fikirlərini də bölüşüb:

“Stress çarxı”ndan sonra daha bir aksessuar satış rekordları qırdı - FOTOLAR

16 Noyabr 2017 21:07

Hollivud ulduzlarının istifadə etməsindən sonra olduqca məşhurlaşan “PopSocket” qısa müddətdə ən çox satılan telefon aksessuarı olub. Bu kiçik cihaz mobil telefonların daha yaxşı əldə tutulmasını təmin edir və dayaq rolunu oynayır.

İŞİD -dən növbəti terror

16 Noyabr 2017 21:04

Əfqanıstanın paytaxtı Kabildə restoranların birində terror aktı törədilib. Partlayış nəticəsində 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin 8-i polis işçisidir.