Cənubi Osetiyada seçkiləri 60-dan çox beynəlxalq müşahidəçi izləyir- ÖZƏL

Cənubi Osetiyada sentyabrın 18-də keçirilən növbədənkənar prezident seçkilərini 60-dan çox beynəlxalq müşahidəçi izləyir. Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Osetiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Emiliya Qaqiyeva bildirib. Onun sözlərinə görə, müşahidəçilər Rusiya, Abxaziya, Ermənistan, Belarus, Venesuela, Nikaraqua, Almaniya, Meksika, Serbiya və bir sıra Afrika ölkələrini təmsil edirlər.
Qaqiyeva səsvermənin davam etdiyini və seçki ilə bağlı məlumatların gün ərzində Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzində toplanacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31