Xəlvətilik-Azərbaycandan Dünyaya  yayılan irfan məktəbi- ÖZƏL

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Hesab edirəm ki, bu abidə Azərbaycan ərazisində olan ən mənəvi abidələrdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Qeyd edim ki, türbədə Azərbaycan təsəvvüf tarixinin görkəmli nümayəndəsi, Xəlvətilik sufi məktəbinin banisi Şeyx Ömər Avaxlı Şirvanı (Pir Ömər) dəfn olunub.Xəlvətilik XİV əsrdə Azərbaycandan Anadoluya, Balkanlara, Yaxın Şərqə və Şimali Afrikaya qədər yayılmış böyük sufi məktəbidir. "Xəlvət" sözü təklik, insanın bir müddət dünyadan uzaqlaşaraq öz daxili aləminə yönəlməsi deməkdir. Digər cərəyanlardan fərqli olaraq, o tərki dünyalığı deyil, insanlar içində yaşaya-yaşaya daxili aləminə qapanmaqdır. Bir sözlə, əsas xəlvət məkan deyil, insanın daxilində yaranan mənəvi sakitlikdir. O, insana "dünyadan qaç" demir, "dünyanın içində özünü itirmə" deyir. İnsan xəlvətə hər kəsdən qaçmaq üçün deyil, özünü tapmaq üçün çəkilir. Sonra isə tapdığı həqiqətlə insanların arasına qayıdır.

Bu abidə onu göstərir ki, Azərbaycan tarix boyu yalnız siyasi və iqtisadi məkan deyil, həm də dünyaya  mənəvi ideyalar bəxş edən mühüm irfan məkanı olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31