Robert Köçəryan məhkəmə zalına gətirilib – ÖZƏL
12:12 SiyasətOlaylar.az xəbər verir ki, həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryan Mart hadisələri üzrə növbəti məhkəmə iclasında iştirak etmək üçün İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə gətirilib. İclasdan əvvəl tərəfdarlarının səhhəti ilə bağlı sualına Köçəryan "Deyəsən, mən sizdən daha yaxşıyam" cavabını verib. Məhkəmə prosesinin əvvəlində digər təqsirləndirilən şəxs, keçmiş baş nazirin müavini Armen Qevorkyanın barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatət qaldırılsa da, hakim Sarqis Petrosyan bunu rədd edib.
Məhkəmə binası önünə Köçəryanın tərəfdarları, o cümlədən "Ermənistan" fraksiyasının deputatları və kiçik oğlu Levon Köçəryan toplaşıb. Ailə üzvlərinə onunla görüşə icazə verilsə də, deputatlar bu icazəni ala bilmədiklərini bildiriblər. Avqustun 27-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin qərarı ilə keçmiş prezident barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, "1 Mart" işi 2008-ci ildə prezident seçkilərindən sonra baş verən və 10 nəfərin ölümü ilə nəticələnən kütləvi etiraz aksiyaları ilə bağlıdır.