Azərbaycanda növbəti ZƏLZƏLƏ

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə əsasən, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb. Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə əsasən, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31