Qaliblər mükafatlandırıldı - Milli Dirçəliş günündə
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında “Musiqi alətlərində ifa üzrə” keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.
17 Noyabr 2017 09:50 MədəniyyətBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında "Musiqi alətlərində ifa üzrə" keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Mədəniyyət evinin "Gənclik" instrumental ansamblı, "Məşəl" və "Gold" rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül Məmmədli, MirCabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.
Sonda müsabiqənin qaliblərinə fəxri-fərmanlar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.