Anti-Azərbaycan kampaniyasının arxasında Ermənistan hakimiyyətinin özü dayanır- ÖZƏL
12:13 Siyasət"Təhlillər göstərir ki, anti-Azərbaycan kampaniyası təkcə radikal müxalifətin işi deyil. Bu prosesin arxasında birbaşa Ermənistan hakimiyyətinin özü dayanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Yayılan nifrət nitqi və təhrif olunmuş yazılar məhz hakim partiyaya yaxın media resurslarında işıqlandırılır. Parlamentin sədr müavini Ruben Rubinyanın yolverilməz açıqlamaları, eləcə də 14 sentyabr tarixində parlamentdə 2022-ci ilin sentyabr təxribatlarında həlak olmuş Ermənistan hərbçilərinin sükutla yad edilməsi daxili auditoriyada revanşizm əhval-ruhiyyəsini alovlandırmağa xidmət edir. 2023-cü ilin sentyabr əməliyyatlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti də bu cür dirijorluq edilən aksiyalarla sülh prosesini qəsdən ləngitməyə çalışır".