Xarkov meri: Qərb Ukraynada “xaosu maliyyələşdirir”- ÖZƏL
12:15 DünyaOlaylar.az xəbər verir ki, Xarkov meri İqor Terexov Qərb ölkələrinin Ukraynaya vəsait ayırarkən bu maliyyənin necə istifadə olunacağına dair aydın plan tələb etmədiyini bildirib.
O, bunun nəticədə faktiki olaraq "xaosun maliyyələşdirilməsinə" gətirib çıxardığını deyib.
"Bu gün bizdə olmayan aydın iqtisadi plana ehtiyacımız var. Biz xaosu maliyyələşdirə bilmərik. Qərb tərəfdaşlarımıza dedim ki, maliyyələşdirmə aydın plan və strategiya əsasında aparılmalıdır. Bu zaman kimin nəyə görə məsuliyyət daşıdığı da bəlli olacaq", - deyə Terexov RBC-Ukraine-yə müsahibəsində bildirib.
Xarkov meri qeyd edib ki, Qərb tərəfdaşları həm şəhərlərin, həm də dövlətin maliyyələşdirilməsinin vacibliyi ilə razılaşıblar. Lakin onun sözlərinə görə, bunun üçün ilk növbədə aydın fəaliyyət planı hazırlanmalıdır.