Vergi məlumatlarını vaxtında təqdim etməyənlər cərimələnəcək
Vergi məlumatlarını vaxtında təqdim etməyənlər və ya vergi məlumatlarını bilərəkdən təhrif edənlər cərimələnəcək. “Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.
17 Noyabr 2017 11:09 SosialVergi məlumatlarını vaxtında təqdim etməyənlər və ya vergi məlumatlarını bilərəkdən təhrif edənlər cərimələnəcək. "Olaylar" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur. Məsələyə Milli Məclisin bu gün keçirilən plenar iclasında baxılacaq. Belə ki, adıçəkilən dəyişikliklə bağlı İnzibati Xətalar Məcəlləsinin 461.1maddəsinə 461.1-1-ci maddə əlavə edilsin: "461.1-1. Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, hüquqi şəxslər yüz manat məbləğində cərimə edilir".