Gündəm
İraq ordusu İŞİD-in əlindəki son şəhərə hücum edib
İraq ordusu səhər saatlarında Rava şəhərinə 3 istiqamətdə hücuma başlayıb. İraq ordusuna və yerli aşirət qüvvələrinə koalisiya ölkələrinə məxsus qırıcılar dəstək verir.
Zimbabvedə siyasi böhran davam edir
Zimbabvedə hərbi çevrilişdən sonra yaranan siyasi böhran davam edir. Keçmiş vitse-prezident Emmerson Mnanqaqva ölkədə 5 illik müvəqqəti hökumət qurmağı planlaşdırır. Sonra isə prezident seçkiləri keçiriləcək. Qərb mətbuatının xəbərinə əsasən ev həbsində olan prezident Robert Muqabe partiyanın fəxri lideri postunu tuta bilər.
Rusiyada dəhşətli avtomobil qəzası — 15 ölü
Rusiyada dəhşətli yol qəzası baş verib. Rusiya federsiyasının Mari El muxtar vilayətində yük maşını ilə mikroavtobus toqquşub. Nəticədə 15 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Qəza nəticəsində həlak olanlardan 3-ü azyaşlı uşaqdır.
Tonyukukun məzarı tapıldı — Türk tarixində YENİLİK
Türk alimlər ilk türk yazıçı, tarixçi və dövlət xadimi Tonyukukun məzarını tapıblar. Arxeoloqlar Orta Asiyada türk millətinin mədəniyyətini tədqiq edirlər. 2001-ci ildən Qazaxıstanın Ulan-Batur bölgəsində aparılan araşdırmalar nəticəsində Tonyukukun məzarı tapılıb.
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litva Respublikasında səfərdə olub. Səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.
Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb
Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi haqqında” qanun layihəsi hazırlanıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun mükəmməl şəkildə hazırlanıb: “Bu layihə onu göstərir ki, Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb.
Həmsədr ölkələrin mövqeyində konkretlik və substantivlik yarandı
ATƏT-in Daimi Şurasının iclasında həmsədr ölkələrin ATƏT-dəki səfirləri çıxış edərək son proseslərə öz münasibətlərini bildirdilər. Həmsədr ölkələrin ATƏT-dəki səfirlərinin çıxışlarının hamısında əvvəlki illərlə müqayisədə keyfiyyət dəyişikliyi var idi. Ən çox dəyişiklik isə Avropa İttifaqının mövqeyində idi. Bu özü tənzimlənmədə yeni bir yanaşmadır. Fransalı səfir çıxışını ölkəsinin deyil, məhz Avropa İttifaqının təmsilçisi statusunda təqdim etdi. Bu məruzənin mətnində də özünü göstərdi.
TUMİB 17 yaşını qeyd edəcək
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) 17 noyabr-Milli Dərçəliş Günü və İctimai Birliyin yaranmasının 17-ci ildönümü ilə bağlı tədbir keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, bayram tədbiri noyabrın 17-də Hyatt Regency otelində baş tutacaq. Millət vəkilləri, QHT və KİV rəhbərləri, gənclər təşkilatlarının nümayəndələrinin qatıldığı tədbirdə TUMİB-in 17 il ərzində keçdiyi yola nəzər salınacaq, bu günə qədər gördüyü işlər, həyata keçirdiyi layihələrdən söhbət açılacaq.
Məktəblilərin tarixi məkanlara ekskursiyası təşkil edilir
Noyabrın 16-dan ümumi təhsil məktəblərində payız tətili başlayıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin payız tətilini səmərəli, maraqlı və əyləncəli təşkil etmək üçün tədbirlər həyata keçirilir.
18 min nəfərin gediş-gəlişi yaxşılaşıb
Ağstafa rayonunn Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqıda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.
Düşmən 117 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Kənd təsərrüfatı məhsullarının istehsalı 4% artıb
2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb.
Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Tədbirdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a veriln məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin strateji əməkdaşlıq səviyyəsində olduğunu, ölkəmizin Rusiya ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycan iqtisadiyyatı və ölkəmizdə həyata keçirilən uğurlu layihələr barədə məlumat verən nazir müavini bildirib ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb.
Rusiya meşələrini doğrayan 3 azərbaycanlı tutuldu
Rusiyanın İrkutsk vilayətinin, Çunski rayonunda üç azərbaycanlı saxlanılıb. İrkutsk vilayət prokurorluğunun yaydığı məlumatda bildirilir ki, saxlanılan şəxslər meşə ağaclarını qanunsuz kəsməkdə təqsirləndirilirlər. Onların dövlətə 1,6 milyon rubldan çox ziyan vurduğu qeyd olunub. Məluma olub ki,həmin şəxslərdən biri daha əvvəl Rusiyadan deportasiya edilsə də, saxta sənəd düzəltdirərək, yenidən ölkəyə qayıdıb.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında mütləq əməkdaşlıq nümunəsi olub. Bunu RİA Novosti-yə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.














