Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb
Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi haqqında” qanun layihəsi hazırlanıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun mükəmməl şəkildə hazırlanıb: “Bu layihə onu göstərir ki, Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb.
17 Noyabr 2017 11:39 SosialAzərbaycanda ilk dəfə olaraq "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi haqqında" qanun layihəsi hazırlanıb. "Olaylar" xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun mükəmməl şəkildə hazırlanıb: "Bu layihə onu göstərir ki, Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb. Bu sənəd yalnız Dağlıq Qarabağda, o cümlədən, Xocalıda törədilən soyqırıma görə deyil, eyni zamanda, bütün beynəlxalq cinayətlərə şamil edilir". Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bu layihə Azərbaycanın üzləşdiyi problemlə bağlıdır: "Dağlıq Qarabağ bizim ağrılı yerimizdir. Dünya təcrübəsi göstərir ki, münaqişələr zamanı törədilən cinayətlərdə hər iki tərəfin iştirakı nəzərə alınır. Sənəddə müharibə zamanı cinayət törədən insanların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Qanunun məqsədi Azərbaycan dövlətinin öz mənafeyini qorumaqdan, cinayətkarların öz layiqli cəzalarını almasından ibarətdir. Qeyd edildi ki, layihədə müharibə vaxtı edilən cinayətlər barədə söhbət gedir. Sənəddə bir sıra aktual hüquqi və siyasi problemlər əks olunub. Qanun layihəsi beynəlxalq standartlara cavab verir. Biz bu sənədi beynəlxalq hüquq ictimaiyyətinin nəzərinə çatdırmaq istiqamətində əməli addımlar ata bilərik". Qeyd edək ki, qanun layihəsi "Qüdrətli Azərbaycan Naminə" İctimai Birliyi tərəfindən hazırlanıb.