Gündəm

Xidmət rəisi vətəndaşları qəbul edib

17 Noyabr 2017 12:50

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Cəlilabad rayonunda Cəlilabad, Masallı və Biləsuvar rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. 

Zahid Oruc: “Rusiya da artıq Türkiyənin mövqeyi ilə razıdır”

17 Noyabr 2017 12:49

“Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə keçirdiyi görüşdə Qabağ məsələsinə toxunduğunu bildirib. Bu çox önəmli məsələdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Zahid Oruc deyib.

Oqtay Əsədov: "Cümhuriyyətlə bağlı işlər gedir, yaxın zamanda nəticəsini görəcəksiniz”

17 Noyabr 2017 12:48

“Bildiyimiz kimi bu gün Cümhuriyyətin 100 illik lubileyidir. Bununla bağlı tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün dövlət başçısı öz həssas mövqeyini göstərdi”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Fazil Mustafa deyib. F.Mustafa Cümhuriyyətin yubileyi ilə lazımı münasibətin olmadığını bildirib: “Ancaq hesab edirəm ki, biz hələ millət olaraq bu həssaslığı göstərə bilmirik. Artıq yubileyinin keçirilməsinə 6 ay qalıb. Qonşu ölkələrin yanaşması bizdən daha fərqlidir. Cümhuriyyətin yaranmasının birbaşa 2 şəxsin adı ilə bağlıdır. Bunlardan birincisi Məmməd Əmin Rəsulzadədir. Digəri isə Nuru Paşadır ki, Qüdərt Həsənquliyevlə birgə müraciət etdik, ancaq hələ ki, Nuru Paşanın abidəsi qoyulmayıb. Rəsulzadənin isə yaşadığı evin vəziyyəti ürəkaçan. Bəs biz bu iki şəxsiyyətlə bağlı nə etmişik? Hesab edirəm ki, bu suala biz cavab verməyə hazır deyilik”.

Atambayevdən sonra Qırğızıstan iqtisadiyyatını dirçəltmək mümkün olacaqmı?

17 Noyabr 2017 12:44

Bu günlərdə Qırğızıstan mətbuatında, eləcə də sosial şəbəkələrdə ölkənin sabiq prezidenti Almazbek Atambayevin ölkədəki 7 illik fəaliyyətinə dair materiallar yer almaqdadır. Yerli iqtisadi ekspert və analitiklərin fikirlərinə istinadən hazırlanan materiallarda iddia olunan fikirlərin oxucularımız üçün də maraqlı olacağını düşünürük.

İspaniya Puçdemonu türmədə qoruyacağına söz verdi

17 Noyabr 2017 12:41

Kataloniya lideri Karlos Puçdemon Belçikadan İspaniyaya ekstradisiya olunacağı halda fərdi, yoxsa ümumi kamerada qalmaq qərarını özü verəcək. Bu barədə İspaniya Daxili İşlər Nazirliyindən Belçika Prokurorluğunun sorğusuna cavabda bildirilib.

Türkiyədə terrorçulara məxsus 3 tona yaxın partlayıcı aşkarlanıb

17 Noyabr 2017 12:34

Türkiyənin Van əyalətinin Muradiyə rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu PKK qruplaşmasına məxsus 2 ton 775 kq partlayıcı maddə aşkarlanaraq götürülüb. Bu barədə Muradiyə rayon Polis İdarəsi məlumat yayıb.

Rusiyada general 10 il müddətinə azadlıqdan məhrum edilib

17 Noyabr 2017 12:32

Rusiya Federal Mühafizə Xidmətinin Şimali Qafqaz Federal Dairəsinin keçmiş rəisi general Gennadi Lopırev 10 il müddətinə azadlıqdan məhrum edilib.  Bunu generalın vəkili Ruslan Zakalyujnıy bildirib.

Məşhur tennisçinin 400 min dollarlıq əmlakı oğurlandı

17 Noyabr 2017 12:28

Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub.  37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb. Hadisənin 1 - 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.

Dinlə maraqlanan gənclərə ciddi xəbərdarlıq edildi

17 Noyabr 2017 12:16

"Ölkəmizdə dini radikalizm, dini ekstremizmin sosial bazası yoxdur".  Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycan tarixən tolerant dövlət olub.

Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

17 Noyabr 2017 12:10

ABŞ-ın adi silahlar baxımından Rusiya və Çin qarşısında üstünlüyü artıq əvvəlki kimi çox deyil. Bunu Fletçer adına Sülh və Diplomatiya Məktəbində çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford söyləyib.

Evlərə istilik niyə verilmir? - Açıqlama

17 Noyabr 2017 12:09

İri rayon qazanxanasının tam rejimdə işləməsi üçün azı üç sutka vaxt tələb olunur. Mərkəzləşdirilmiş istilik sistemində heç bir problem yoxdur. Bu prosesin özü texniki baxımdan zaman alır.

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü

17 Noyabr 2017 12:07

Türkiyədə azərbacanlı tələbə partlayış zamanı ölüb. Bu barədə dünyasını dəyişən tələbənin qohumları məlumat verib. Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər.

Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar

17 Noyabr 2017 12:05

Avropa İnsan Haqları Məhkəməsi "Movsisyan Ermənistana qarşı” işi üzrə yekun qərarını açıqlayıb.  Məhkəmə Ermənistan hökümətinin şikayətçiyə 12 min avro məbləğində təzminat ödəməsinə dair qərar verib.

Putin Ermənistana təzyiq etmək istəmir” - Rasim Musabəyov

17 Noyabr 2017 12:04

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid etmir. Ərdoğan bu barədə türkiyəli jurnalistlərə açıqlamasında deyib: “Cənab PutinləQarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var (ərazilərin işğalı ilə bağlıBMT TŞ-nin qətnamələri - star.com.tr). Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin o, çox da ümidli deyil. Məncə, bu, iki tərəf arasındakı münasibətlərlə əlaqədardır”.

Suriyada nə qədər ABŞ hərbçisi var? - Pentaqon açıqladı

17 Noyabr 2017 12:02

ABŞ-ın Suriyada olan hərbçilərinin sayı 500-ü ötüb.