Gündəm
Ermənistan ordusunda əsgər çatışmamazlığı yaranıb
Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz 2017-ci ildə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyişə nail olunmadı. Hərçənd bir neçə gün əvvəl Soçidə baş tutan Putin-Ərdoğan görüşünə böyük ümidlər bəslənsə də, sözügedən görüşdə problemin həlli istiqamətində ciddi bir addım atılacağı ehtimal olunsa da, lakin gözləntilər özünü doğrultmadı.
Kritik Rusiya görüşmələri
Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatic fəallıqda daha çox Rusiyanın rolu qabarıq şəkildə özünü büruzə verir. Bir neçə gün əvvəl Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə ötəri də olsa Dağlıq Qarabağ mövzusuna toxunulması, ötən gün Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdə problem ətrafında geniş fikir mübadiləsinin aparılması və ən son Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şimal qonşumuza səfəri və orada ATƏT-in Minsk qrupunun həmsədərləri ilə görüşməsi də qeyd edilən istiqamətdə Moskvanın diplomatik fəallığının artmasının göstəricisidir.
RƏSMİ: İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib
"Araşdırmalara əsasən son il yarım ərzində Azərbaycan vətəndaşlarından Suriyada və İraqdakı qeyri-qanuni birləşmələrə qoşulma halları olmayıb". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, son aylar İŞİD-in üzərinə böyük hücumdan sonra həmin birləşmələrdən azərbaycanlıların qaçışı başlayıb.
Ermənistan iqtisadi müharibədə Azərbaycana uduzub
Son vaxtlar həmsədr ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirilər. Türkiyənin proseslərə qatılması isə münaqişənin həllində naliyyətlərin əldə olunacağına ümidləri artırır. Maraqlıdır, hazırda baş verən proseslər, xüsusən münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü Dağlıq Qarabağ probleminin həllinə hansı töhvəsini verə bilər? “Baku International Policy and Security Network” Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib ki, ABŞ-da Dağlıq Qarabağ məsələsinə o qədər maraq yoxdur: “Onların başı başqa məsələlərə qarışıb. İndi Amerikanı daha çox Ukraynada konflikt və Rusiyaya qarşı sanksiyalar, həmçinin, İran və Şimali Koreya ətrafındakı məsələlər və digər şeylər maraqlandırır.
Hava yağmurlu olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Baş neanotoloq: Azərbaycanda körpələrin 10 faizi vaxtından əvvəl doğulur
Hər il Azərbaycanda təxminən 150 min körpə doğulur. Onların 8-10 faizi vaxtından əvvəl doğulan körpələr olur. Məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyanın sədri Rüstəm Hüseynov deyib.
Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
"Bildiyimiz kimi, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu isə növbəti dəfə sübut edir ki, paytaxt Bakı, bütövlükdə isə müstəqil Azərbaycan Respublikası beynəlxalq tədbirlərin mərkəzi statusunu daşıyır. Belə ki, mövcud qərar eyni zamanda ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu idman siyasətinin bariz göstəricisidir”.
Deputat Avropa Parlamentini tənqid etdi
“Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycan qarşı qərəzli hücuma keçiblər. Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunan tədbirdə də bunu qeyd etdi”.
Siyavuş Novruzov: “Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir”
“Azərbaycan müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.
Reket jurnalistika son günlərini yaşayır: Böyük məbləğli cərimələr gəlir
Azərbaycanda zaman-zaman reketlilə məşğul olan media qurumları ilə mübarizə aparılıb. Son zamanlar isə bu mübarizə yeni mərhələyə keçib və daha da gücləndirilib. Ancaq bütün bunlara baxmayaraq, bu tip fəaliyyətlə məşğul olan bəzi şəxslər əməllərindən əl çəkmək istəmirlər. "Reket jurnalistlər" virtual müstəvidə fəaliyyətlərini genişləndirməyə cəhd edirlər.
Zeynəb Xanlarovadan Rasim Balayevə dəstək
“Ataların bir sözü var, desəm öldürərlər, deməsəm ölləm. Elə bir sənətkar ki, Babəki, Nəsimini yaradıb, Rasim Balayev haqqında danışmaya bilmərəm”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Zeynəb Xanlarova deyib.
Azay Quliyev: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlı olan beynəlxalq təşkilatlar var”
"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlı olan beynəlxalq təşkilatlar var”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin üzvü Azay Quliyev deyib: “Biz bir müddət öncə Soros Fondunu Azərbaycandan çıxaranda beynəlxalq təşkilatlar bizi ittiham edirdilər.
YAP-ın 25 illik tarixi ölkənin müstəqillik və inkişaf dövrünə çevrilib
YAP Nərimanov rayon Geofizika və Geologiya İdarəsi ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Dünən SOCAR-ın Geofizika və Geologiya İdarəsində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə Geofizika və Geologiya İdarəsinin (GGİ) rəisi Elçin Şirinov, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov və GGİ-nin rəis müavinləri, YAP üzvləri iştirak edirdi. Əvvəlcə tədbir iştirakçıları Geofizika və Geologiya İdarəsinin foyesində ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoydular və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Gömrük Komitəsi: “Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir”
Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.
Ərəb oğlan Bakıdan qız aldı, gəlini qızılı "Rolls Royce"la apardı- VİDEO
Azərbaycanlı qız ərəb oğlanla ailə həyatı qurub. Gəlin gətirmə Bakıda 9-cu mikrorayonda baş tutub. Ərəb bəylə gəlinin binadan çıxmasının və gəlin maşınına əyləşməsinin videosunu fotoqraf Orxan Məmmədov sosial şəbəkədə paylaşıb. Qohum-əqrəba bəylə gəlini vağzalı sədaları altında və ərəblərə məxsus xüsusi səslərlə yola salıb. Bəylə gəlin qızılı rəngli "Rolls-Royce" markalı avtomobilə minib.














