Gömrük Komitəsi: “Gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir”

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.

Noyabrın 17-də bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb və həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir. "Olaylar" xəbər verir ki, Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31