Demokratlar Trampa qarşı “aqressiv” araşdırma kampaniyası vəd edirlər- ÖZƏL

ABŞ-da Demokratlar Partiyası noyabrda keçiriləcək aralıq Konqres seçkilərində qalib gələcəkləri təqdirdə, Prezident Donald Trampa, onun ailəsinə və biznes tərəfdaşlarına qarşı "aqressiv" araşdırma kampaniyası aparacaqlarını bildiriblər.
Olaylar.az xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, bunu Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü Robert Qarsiya deyib.
Qarsiya bildirib ki, demokratların əsas diqqəti Trampın ailəsinə yönələcək. O, həmçinin Trampla əlaqəsi olan və ABŞ biznes icmasının üzvü olan şəxslərin Konqres qarşısında hesabat verməli olacağını qeyd edib.
Qəzet xatırladır ki, Qarsiya Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvüdür. Demokratlar Palatada çoxluğu əldə edərsə, onun komitəyə sədrlik etməsi və komitənin fəaliyyət istiqamətlərini müəyyənləşdirməsi mümkündür.
Qarsiya Trampın impiçmenti üçün mümkün sübutların toplanmasını, həmçinin iş adamı İlon Maskın ABŞ administrasiyasındakı fəaliyyəti ilə bağlı Konqresdə suallara cavab verməsini istədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31