Gündəm
“Qızın 15 yaşının olduğunu bilmirdim...” - Zaur Kamal elçilikdən danışdı
Xəzər TV-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5-də 5" verilişinin "Elçilik" rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. 7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu israr edib.
Kapitan Neymarı “Real”a istədi, Ronaldo klubdan ayrılacaq?
İspaniyanın “Real” klubunda bu mövsüm yaşanan uğursuzluqların səbəbi bəlli olub. Komandanın ulduzu Kriştiano Ronaldo ilə kapitan Serxio Ramos arasında anlaşmazlıqların olduğu ortaya çıxıb.Baş məşqçi Zinəddin Zidanın tələbələri La Liqada keçirdiyi 11 həftədən sonra “Barselona” klubundan 8 xal geridə qalınca, klubun iki böyük siması arasında gərginlik pik həddə çatıb.
Tramp Rusiya ilə əməkdaşlığın mümkün sahələrini açıqladı
ABŞ Rusiya ilə yeni və daha güclü əməkdaşlıq sahələri axtarır. Rəsmi Ağ Ev bu barədə mətbuata açıqlama verib. Ağ Evin rəsmi nümayəndəsi Sara Dandersin sözlərinə görə, prezident Donald Tramp rusiyalı həmkarı ilə əməkdaşlıq edə biləcək sahələrdən danışıb.
Misirdə ev tikirdilər, ehram tapdılar
Misirin paytaxtı Qahirə yaxınlığında yaşayış evinin tikintisi zamanı qədim Misir ehramının qalıqları aşkar edilib. Məlumata görə, ehramın qalıqları Kalyubiyə vilayətində aşkar olunub. Məlumata görə, fəhlələr qazıntı apararkən yerin altından heroqliflərin və tanrıların təsviri olan divar qalıqlar tapılıb.
Yunan əsgər türk qadını zorladı - Hər kəs bundan danışır - VİDEO
"Vatanım Sensin"in son bölümündə yunan əsgərin Əzizəyə təcavüz etdiyi səhnə hər kəsi üzüb. Kanal D-nin reytinq rekordlarını qıran "Vatanım Sensin" serialının son bölümündə həmin səhnə tamaşaçıların göz yaşlarına səbəb olub. Əzizənin təcavüzə uğradığı səhnə sosial mediada əks-səda doğurub. Bəzi tamaşaçılar "Belə bir səhnəyə nə ehtiyac var idi" yazarkən, bəziləri də "Belə hadisələr real həyatda da baş verib, hal-hazırda da var" şərhləri ilə hisslərini bölüşüblər. Bu da sözügedən şərhlərdən bəziləri.
"Rembo" 16 yaşlı qıza təcavüzdə ittiham edilir
Canlandırdığı “Rembo”, “Rokki” obrazları ilə tanınan “Oskar” mükafatlı Silvestr Stallonenin 16 yaşlı qıza təcavüz etdiyinə dair iddialar İngiltərə mətbuatının gündəminə çevrilib.
Qənirə Paşayeva şəhidlərlə bağlı məsələ qalıdrdı
"Bu qəhrəman şəhidlərimizin ailələri ilə görüş zamanı onlar xahiş etdilər ki, övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin. Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları "Azərbaycan Bayrağı" ordeni ilə təltif etmişdi. "Azərbaycan Bayrağı" ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm”.
Metro vaqonların təmiri sexi istifadəyə verilib
"Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilib. Bildirilib ki, bununla, ən müasir tələblərə cavab verməklə inşa olunmuş sahə metropolitenin lokomotiv təsərrüfatında kəskin dönüş yaradacaq.
“14-cü Beynəlxalq Nəqliyyat və Logistika” sərgisi keçirilib
Özbəkistanın paytaxtı Daşkənddə “14-cü Beynəlxalq Nəqliyyat və Logistika” sərgisi keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, sərgidə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edib.
Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir. Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddələri əlavə olunur.
Vətəndaşlar daşınmaz əmlak üzərində operativ sərəncam veriə biləcəklər
Azərbaycan Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar”ın verdiyi xəbərə görə, Mülki Məcəlləyə dəyişiklik 148.2.1-ci maddənin əlavə olunmasını nəzərdə tutur.
Zakir Həsənov müşavirə keçirdi
Noyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.
Açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir
Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Reklam haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.
Parlament ödənişli yolların əhatə dairəsini dəqiqləşdirən layihəni qəbul etdi
Milli Məclis “Avtomobil yolları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.“Olaylar”ın məlumatına görə, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir. Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.
XİN: "Booking.com"un işğal olunmuş ərazilərdən yenidən mehmanxana sifarişləri qəbul etməsinə qarşı tədbirlər görülür"
“Hollandiya ərazisində qeydiyyatda olan göstərən “booking.com” qanunsuz fəaliyyətini yenidən bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana sifarişlərini həyata keçirməyə başlayıb”.











.jpg)

