Medvedev: Seçkilərdə səs verən hər kəs qələbəni yaxınlaşdırır- ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedev seçkilərdə səs verən hər bir Rusiya vətəndaşının ölkənin "düşmən üzərində qələbəsini" yaxınlaşdıracağını bildirib. O, seçkilərdə iştirak edərək səs verib.
"Seçkilərdə iştirak edən və səs verən hər kəs bizi düşmənimiz üzərində qələbəyə yaxınlaşdıracaq", - deyə Medvedev bildirib.
Olaylar.az xəbər verir ki, müvafiq görüntülər siyasətçinin sosial media hesabında yayımlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31