Vətəndaşlar daşınmaz əmlak üzərində operativ sərəncam veriə biləcəklər

Azərbaycan Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. “Olaylar”ın verdiyi xəbərə görə, Mülki Məcəlləyə dəyişiklik 148.2.1-ci maddənin əlavə olunmasını nəzərdə tutur.

Azərbaycan Mülki Məcəlləsi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər bu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib. "Olaylar"ın verdiyi xəbərə görə, Mülki Məcəlləyə dəyişiklik 148.2.1-ci maddənin əlavə olunmasını nəzərdə tutur. Yeni maddəyə əsasən, hüquq sahibinin istəyi ilə "Elektron hökumət" portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında" qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək. Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna da eyni məzmunlu dəyişiklik edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31