YAP xalqımızın etimadını qazanıb- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli yol keçərək xalqımızın etimadını qazanıb". "Olaaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu gün həmin siyasi xətt Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında yeni imkanlar və yeni hədəflər açıb. Qarşıdakı dövrdə əsas məqsəd əldə olunan Zəfərin nəticələrini daha da möhkəmləndirmək və Azərbaycanın davamlı inkişafına töhfə verməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31