Gündəm
“Barselona”nın ulduzu Türkiyə klubuna gedir
Türkiyənin “Fənərbaxça” klubu “Barselona”nın müdafiəçisi Lukas Diqneni transfer etmək niyyətindədir. Artıq “Fənərbaxça”nın maliyyə prezidenti Ali Yıldırım hazırki komandasında nadir hallarda meydançaya daxil olan sol cinah müdafiəçisinin meneceri Mikkel Bek ilə görüşüb və müzakirələr aparıb.
Ərdoğan: “ABŞ İŞİD-ə maliyyə dəstəyi göstərir”
ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib. “ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Son günlər “rentgen qız” adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir: "Mənim sanki iki cür görmə qabiliyyətim var.
ADAU-nun tələbələri İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılıb
İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi barədə tədqiqatçıların, müəllim və tələbələrin məlumatlandırılması davam etdirilir. İqtisadiyyat Nazirliyindən "OLaylar"a verilən məlumata görə, bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi
Azərbaycanda prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. “Olaylar”ın xəbərinə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq”
Milli Məclisdə “Prokurorluq haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Modern.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib: “Baş prokuror, yaxud heç olmasa prokurorluğun bir nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında gəlib məlumat verməsi barədə bənd əlavə edilsə, yaxşı olar”.
Danışmağa görə sürücülər cəzalandırılmayacaq – Milli Məclis dəyişikliyi təsdiqlədi
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparma ilə bağlı icazə məhdudiyyətinə görə sanksiya ləğv edilib.
Yeni nəsil şəxsiyyət vəsiqələri yanvarın 1-dən veriləcək
Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək. “Olaylar”ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Azərbaycanda Silahlı Qüvvələr üçün “Rəşadət” ordeni təsis olunub.“Olaylar” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Türkiyə hərbçilərini NATO təlimlərindən geri çağırdı - Səbəb?
Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".
Bolqarıstan Parlamentinin spikeri istefa verdi
Bolqarıstan Parlamentinin spikeri Dimitar Qlavçev istefa verib. Məlumata görə, D.Qlavçev istefa ərizəsini Xalq Məclisinin qeydiyyat şöbəsinə təqdim edib.
“Azəravtoyol”da YAP-ın yaranmasının 25 illiyi qeyd edilib
“Azəravtoyol” ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov deyib ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətin ən aparıcı siyasi qüvvəsidir.
Danışıqlardakı hazırkı fəallıq münaqişənin həllinə yönəlməyib
“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil”. Bu sözləri Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib. Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır: “Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik.
Zahid Oruc: “Qarabağ üçün də Qars müqaviləsinə ehtiyac var”
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib. Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir”.
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Aktyor Burak Özçivit reklamdan 2,5 milyon lirə (təxminən 1 milyion 250 min manat) qazanacaq. Məşhur aktyor Yaxın Şərqin geyim markasının reklam üzü olacaq. Ərəb ölkələrində də sevilən kino ulduzu bir illik müqavilə qarşılığında iki reklamda çəkiləcək və 2,5 milyon lirə qazanacaq.














