“Azəravtoyol”da YAP-ın yaranmasının 25 illiyi qeyd edilib
“Azəravtoyol” ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov deyib ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətin ən aparıcı siyasi qüvvəsidir.
17 Noyabr 2017 14:37 Sosial"Azəravtoyol" ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə çıxış edən "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov deyib ki, Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətin ən aparıcı siyasi qüvvəsidir. O, YAP-ın çətin bir dövrdə yaranmasına baxmayaraq qısa zamanda uğurlar əldə edərək ölkənin hakim partiyasına çevrildiyini deyib. Saleh Məmmədov deyib ki, bu gün ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. İlk partiya təşkilatının sədri Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib.