“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi

Azərbaycanda prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. “Olaylar”ın xəbərinə görə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.

Azərbaycanda prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib. "Olaylar"ın xəbərinə görə, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Bu qanuna əsasən, prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir. Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" qanunla ilə müəyyən edilən qaydada həyata keçirilir. Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycanın baş prokuroru tərəfindən müəyyən edilir. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31