Gündəm

Lavrov Azərbaycana səfərində nədən danışacaq?

17 Noyabr 2017 15:46

Rusiya Federasiyasının xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcəkRusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

İtkin düşmüş şəxslərin 564 yaxın qohumundan ağız suyu nümunələri götürüldü

17 Noyabr 2017 15:44

Beynəlxalq Qızıl Xaç Komitəsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bu ilin 6 ayı ərzində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.

Türkiyəyə S-400 TƏHDİDİ: “NATO-nun texnologiyasına giriş…”

17 Noyabr 2017 15:38

Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq. Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib. O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.

Yaponiya müharibə hazırlıqlarına başladı

17 Noyabr 2017 15:37

Yaponiya Koreya yarımadasında baş verə biləcək 2-ci müharibənin nəticələrinə hazırlaşır. Yerli media ölkənin müharibədən sonra təxliyə ediləcək on minlərlə insan üçün yardım, həbs mərkəzlərinin qurulması, karantin tətbiqi və agentlərə, təhlükəli insanlara nəzarət etmək üçün sorğu formaları qurmağa hazırlaşdığını yazıb.

İşsizlikdən sığorta sistemi özünüməşğulluq proqramının genişlənməsinə əsas yaradacaq

17 Noyabr 2017 15:35

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXX yubiley iclası keçirilib.

Azərbaycan-Aİ münasibətlərinə zərbə vurmağa çalışan qüvvələr fəallaşıb

17 Noyabr 2017 15:34

Milli Məclisin noyabrın 17-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məslələrdən danışıblar. Millət vəkili Azay Quliyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında keçirilməsi planlaşdırılan 5-ci “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycana qarşı hücuma başlayıblar.

“Sülh İstəyirik” – Rəsm müsabiqəsi

17 Noyabr 2017 15:33

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm müsabiqəsini elan edib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bu barədə Olaylar.az - a müsabiqənin əlaqələndiricisi Pərviz Əsədov məlumat verib.

““525”- zamanın sınağında” kitabı təqdim olundu

17 Noyabr 2017 15:33

Noyabrın 17 – də Bakı Dövlət Universitetində “525 – ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə universitetin jurnalistika fakültəsi Elmi Şurasının 26 sentyabr 2017 – ci il tarixli qərarı ilə nəşr edilən, elmi redaktoru filologiya elmləri doktoru Allahverdi Məmmədli, redaktoru filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəyi əsasında, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin müəllifi olduğu ““525”-zamanın sınağında” kitabının təqdimatı keçirildi.

“Ən yaxşı film” nominasiyasında qalib  - “Nar bağı”

17 Noyabr 2017 15:31

Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 7-ci Malatya Beynəlxalq Film Festivalının beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında “Ən yaxşı film” mükafatına layiq görülüb. Festivalın simvolu olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak edən baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib. Bu mükafat “Nar bağı” filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə, xüsusilə də illərlə yaddaşlardan silinməyəcək son səhnəsi və digər yaddaqalan obrazlarına görə verilib.

30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qaldı, həbs olundu

17 Noyabr 2017 15:21

Amerikanın Florida ştatında 30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qalıb. Oğlan qadınla cinsi əlaqəyə girdiyini və uşağın ondan olduğunu dostlarına danışıb. Söhbət oğlanın ailəsinin qulağına çatıb.

Yevlaxda "Kütləvi çıxarış" kampaniyası keçirilib

17 Noyabr 2017 15:16

Noyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Yevlax rayionunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, kampaniya rayonun bir neçə kəndini əhatə edib. Bu sosial tədbir nəticəsində 50 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.

"Televiziyalara vətənpərvərlik verilişləri hazırlamaq üçün maliyyə ayrılsın"

17 Noyabr 2017 15:15

"Qarabağla, Aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər.

Reklam qaydaları dəyişir

17 Noyabr 2017 15:13

Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsi və ödəniş qaydaları dəyişdirilir. “Olaylar”ın xəbərinə görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Reklam haqqında" qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.

E.ə. II minilliyin sonu  I minilliyin əvvəllərinə aid kurqanlar AŞKAR EDİLDİ

17 Noyabr 2017 15:12

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin kəşfiyyat xarakterli tədqiqatları nəticəsində Masallı rayonunun Bədəlan-Xanalion kəndinin yaxınlığında, Talış dağlarının ətəklərində yerləşən kurqan tipli qəbir abidələri aşkar edilib.

Deputat: "Hərbi vətənpərvərlik mövzusunda banerlər reklam sayılmasın"

17 Noyabr 2017 15:11

Bu gün Azərbaycanda açıq məkanlarda, avtomagistrallarda sosial reklamların verilməsinə böyük ehtiyac var. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elmira Axundova parlamentin bu gün keçirilən plenar iclasında deyib.