Gündəm

Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17 Noyabr 2017 16:19

Ermənistan parlamentinin bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Daha bir ölkə Şimali Koreya ilə əlaqələrinə son verir

17 Noyabr 2017 16:11

Sudan Şimali Koreya ilə bütün iqtisadi və hərbi əlaqələrini kəsəcək. Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret məlumat verib. 

Avtomobil qaçıran tutulub

17 Noyabr 2017 16:05

500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Tural Məmmədov və Elşən Yolçuyev tutulublar. Avtomobil qaçırdığına görə tutulan Cəmil Səfərəliyevin sentyabrən 4-də daha bir avtomobil qaçırdığı müəyyən edilib.

Avtomobil vuran 2 piyada hadisə yerində ölüb

17 Noyabr 2017 16:04

Bərdə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 16-da saat 6.00 radələrində Bərdə şəhərində Güloğlular kənd sakini Malik Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakinləri Zakir Əliyevi və onun arvadı Zülfiyyəni vurub və nəticədə hər iki piyada hadisə yerində ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Piyadanı vurub qaçan sürücü saxlanıb

17 Noyabr 2017 16:02

Noyabrın 14-də saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Məlahət Hüseynova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Chevrolet” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü - Bakı şəhər sakini Ənvər Hüseynov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Kabel oğurlayan yeniyetmə saxlanıb

17 Noyabr 2017 16:01

Kabeli oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 8-də Bakı şəhər sakini Orxan Vəliyevə məxsus evdən 500 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini olan bir yeniyetmə Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oğrunun digər əməlləri də ifşa edilib

17 Noyabr 2017 16:00

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Fidan Fərzəliyevaya məxsus “Opel” markalı avtomobildən sənəd və açar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Turqut Sadıqlı tutulub. Onun sentyabrın 23-də Əziz Əliyevə və Xıdırnəbi Mustafayevə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Sərbəst güləşçilərimiz Vladiqafqazda beynəlxalq turnirdə iştirak edəcək

17 Noyabr 2017 15:59

18-19 noyabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində sərbəst güləş üzrə "Alans" beynəlxalq turniri keçiriləcək.  “OLAYLAR”-ın AGF-yə istinadən verdiyi xəbərə görə, baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə yığma komandamızın 8 üzvü mübarizə aparacaq. Heyətdə Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Məhəmməd Müslümov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov və Aslanbek Alborov (hər ikisi 97 kq) yer alıb.  I-S kateqoriyalı hakim Hicran Şərifov Dünya Güləş Birliyi tərəfindən hakim-instruktor təyin edilib və  turnirin gedişinə nəzarət edəcək.

Tərtərdə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusu müzakirə olunub

17 Noyabr 2017 15:57

Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov rayondakı dini durum barədə məlumat verib. DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.

Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd olunub

17 Noyabr 2017 15:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssisələrində 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, ümumi təhsil müəssisələrində məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Milli Dirçəliş Gününə həsr olunan konfrans, “Dəyirmi masa”, seminar və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlər arasında rəsm, bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib.

SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib

17 Noyabr 2017 15:56

Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qruplarında təhsil alan tələbələrlə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov bildirib ki, SABAH qruplarında həyata keçirilən innovativ layihələr, ümumilikdə bu qrupların təşkili özlüyündə ali təhsil sistemi üçün müstəsna əhəmiyyət kəsb edir. Prorektor AzTU-nun SABAH qruplarında təşkil olunan tədrisin universitetin digər fakültələrini sağlam rəqabətə sövq etdiyini vurğulayıb.

Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş

17 Noyabr 2017 15:54

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq. Virtualaz.org bu xəbəri yerli “Llokalo24” nəşrinə istinadən yaymışdı.

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

17 Noyabr 2017 15:52

"The Independent" yazır ki, Zimbabvenin müharibə veteranları ölkənin birinci ledisi Qreys Muqabenin həbs olunmasını istəyirlər. Məqalədə deyilir ki, var-dövlətə hərisliyi ilə tanınan birinci ledi indiyədək xalq arasında 'Gucci Qreys' və 'DisGrace' (şərəfsiz) kimi ləqəblər qazanıb.

Yediklərinizi qusun və evinizə qayıdın...”

17 Noyabr 2017 15:50

Səudiyyə Ərəbistanında aralarında kral ailəsinin çoxsaylı üzvləri də olmaqla həbs olunan varlılara şərt qoyublar: "Yığdığınızı qaytarın, sizi evə buraxaq". Bu barədə Britaniya mətbuatı yazır.

Meksika KİV: "Deputatların işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir"

17 Noyabr 2017 15:47

Deputatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər yetirir. Bunu Meksikanın nüfuzlu "Excelsior" qəzeti yazıb.