Gündəm
“Elektron təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşib
“Elektron təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə 6 nominasiyada qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ekspertlərin qiymətləndirmə nəticələrinə görə 644 layihədən 197-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcəkdir. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir.
Xarici sularda üzən Azərbaycan gəmilərinin sayı artır
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda daha bir gəmi istismara verib. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, bu gündən “Qafur Məmmədov” quru yük gəmisi Xəzərdən kənarda yükdaşımalara cəlb olunub. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-ə çatdırılıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.
Dövlət Komitəsi teleaparıcı Zaur Kamalın 15 yaşlı qıza elçi getməsini araşdırdı - QALMAQAL
Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb. Bu barədə qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova açıqlamasında deyib. “Məsələ ilə bağlı Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda bəhs olunan qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. O, bildirib ki, qızın dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirdilər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda, Ağdam rayon Təhsil şöbəsi və rayon İcra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb”.
Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb
Moskva şəhər Məhkəməsində 6 məhbus şah damarlarını doğrayıb. Məlumata görə, bu barədə “RİA Novosti” məhbuslardan birinin vəkili Merab Teloyana istinadən yazıb. M. Teloyan bildirib ki, hüquqlarını müdafiə etdiyi Umar Hacı İdrisov və daha 5 nəfər həbs qətimkan tədbirinin 2,5 ildən çox uzanmasına etiraz olaraq bu addımı atıb. Vəkil qeyd edib ki, həmin şəxslər 2015-ci ildə həbs olunub: “İki il keçməsinə baxmayaraq, araşdırma başa çatmır və həbs müddəti uzadılır”.
Rusiyanın “Axilles dabanı”: Moskvanı məğlub etməyin YOLU
“Neft ixracı və qaz Rusiyanın “Axilles dabanı”dır, çünki ölkənin neft-qaz infrastrukturu Avropa bazarı ilə dərin bağlıdır”. Bunu Ukrayna Ali Radasının deputatı, xarici məsələlər üzrə komitənin başçısı Anna Qopko deyib.
Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açıldı
Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Ərinin ölümündə təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Günər Mirzəyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Mirzəyeva 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
ABŞ komandanlığı: Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq
ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə,NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. H. Qrant "Defence News"a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: "Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər".
Şirvanda qanunları pozan sürücülərə qarşı reyd keçirilib
Noyabrın 16-dan etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulub. Həmin tarixdən yol polisi tərəfindən bu sahəyə nəzarət gücləndirilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.
Peterburqda həyəcan: 21 məktəb boşaldıldı
Sankt-Peterburqda müxtəlif binalardan insanlar evakuasiya edilib. Evakuasiyaya səbəb binalarda bomba yerləşdirilməsi haqqında hüquq-mühafizə daxil olan informasiyadır.
490 kq-lıq qadını evdən çıxarmaq üçün divarı sökdülər, yük maşınında apardılar - VIDEO
30 yaşlı İsabella Amaral adlı qadın 490 kiloqramdır. O, nə gəzə, nə də hərəkət edə bilir. Qadını əməliyyat üçün xəstəxanaya aparanda onun evinin divarını söküblər və yük maşını ilə aparıblar. Həmin anlar kameraya çəkilib.
Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb?
Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detallar məlum olub. Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Plüralizm bir mədəniyyətdir
Müstəqil Azərbaycanın qazandığı, əldə etdiyi ən uğurlu nailiyyətlərdən biri də demokratiyanın daha da inkişaf etdirilməsi istiqamətində atdığı addımlar və bu istiqamətdə əldə edilən müsbət nəticələrdir. Bu gün təkcə Azərbaycan cəmiyyəti deyil, eləcə də bütün dünyaya, beynəlxalq aləmə Azərbaycanda mövcud olan demokratik ənənələr, prinsiplər bəllidir. Və o da bəllidir ki, Azərbaycan bu yola sadiqdir və bu yolda uğurla addımlayır. Çünki ölkədə demokratik prinsiplərin təmin olunması, onların yaşadılması, inkişaf etdirilməsi işi sağlam təməllər üzərində qurulub. Və bu siyasətin əsasını, təməlini ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra qoyub.
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
Noyabrın 17-də İqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, qəbulda digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşların müraciətlərinə də baxılıb. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, müraciət edilən məsələlərlə bağlı ətraflı izahat və məlumat verilib, əksər məsələlər yerindəcə həll edilib.
QƏRAR: Rusiyada kök hərbçilər ordudan uzaqlaşdırılır
Rusiya Müdafiə Nazirliyi kök hərbçilərin hərbi xidmətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Məlumata görə, bu barədə nazirlikdəki mənbə yerli KİV-ə bildirib. Mənbənin sözlərinə görə, bu barədə göstəriş artıq bütün hərbi hissələrin kadrlarla iş üzrə şöbələrinə göndərilib.
.jpg)













