Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb

Moskva şəhər Məhkəməsində 6 məhbus şah damarlarını doğrayıb. Məlumata görə, bu barədə “RİA Novosti” məhbuslardan birinin vəkili Merab Teloyana istinadən yazıb. M. Teloyan bildirib ki, hüquqlarını müdafiə etdiyi Umar Hacı İdrisov və daha 5 nəfər həbs qətimkan tədbirinin 2,5 ildən çox uzanmasına etiraz olaraq bu addımı atıb. Vəkil qeyd edib ki, həmin şəxslər 2015-ci ildə həbs olunub: “İki il keçməsinə baxmayaraq, araşdırma başa çatmır və həbs müddəti uzadılır”.

Moskva şəhər Məhkəməsində 6 məhbus şah damarlarını doğrayıb. Məlumata görə, bu barədə "RİA Novosti" məhbuslardan birinin vəkili Merab Teloyana istinadən yazıb. M. Teloyan bildirib ki, hüquqlarını müdafiə etdiyi Umar Hacı İdrisov və daha 5 nəfər həbs qətimkan tədbirinin 2,5 ildən çox uzanmasına etiraz olaraq bu addımı atıb. Vəkil qeyd edib ki, həmin şəxslər 2015-ci ildə həbs olunub: "İki il keçməsinə baxmayaraq, araşdırma başa çatmır və həbs müddəti uzadılır".  Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi faktı təsdiqləyib və xəsarət alanlara lazımi yardımın göstərildiyini bildirib. Faktla bağlı polis araşdırma aparır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31