ABŞ-nin Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Umnak adasındakı Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə yerləşib.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanların olması, həmçinin dağıntılar barədə məlumat verilməyib.