Gündəm
Çində dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib
Çində dünyada ilk dəfə meyit üzərində insan başının transplantasiyası uğurla həyata keçirilib. Məlumata görə, bu barədə əməliyyatla bağlı Vyanada keçirilən mətbuat konfransında italiyalı cərrah Serco Kanavero bildirib. Onun sözlərinə görə, əməliyyat 18 saat çəkib. Əməliyyat zamanı onurğa sütunu, sinir və qan damarlarını bərpa etmək mümkün olub.
Mənzil alanlardan tikinti başa çatmadan satış qiymətinin tam tələb olunması qadağan edilir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Mülki Məcəlləyə dəyişikliklər müzakirəyə çıxarılıb. MM-dən verilən məlumata görə, komitə sədri Əli Hüseynli bildirib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə prezidenti tərəfindən parlamentə təqdim olunub. Məcəllənin bir sıra maddələrinə zəruri düzəlişlər edilib.
Şumaxeri çempionluğa aparan avtomobil rekord qiymətə satıldı
Tarixin əfsanəvi pilotu Mixael Şumaxeri 2001-ci ildə çempionluğa aparan avtomobil rekord qiymətə satılıb. M.Şumaxerin I Dünya Çempionatında Monako Grand Prizini qazandığı zaman idarə etdiyi “Ferrari” markalı avtomobil 7 milyon 504 min dollara satılıb.
Argentinada hərbi sualtı qayıq itib
Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı radarların nəzarətindən itib. Trend-in məlumatına görə, faktı təsdiqləyən ölkə Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.
"Bakı Prosesi"nin 10-cu ildönümü qeyd ediləcək
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycandakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.
Azərbaycan Prezidenti Latviya və Omanın dövlət başçılarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı
Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir. Bu barədə özəl olaraq "Teleradio" İstehsalat Birliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, alternativ televiziya qülləsinin istifadəyə verilməsi üzrə işlər demək olar ki, başa çatıb: "Hazırda biz lazımi avadanlığın tədarük olunmasını gözləyirik.
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq
Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisələri fəaliyyət göstərə biləcək. Yeni hazırlanmış "Peşə təhsili haqqında" qanun layihəsinin 10-cu (Peşə təhsili) maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Azərbaycanda növbəti ZƏLZƏLƏ
Azərbaycanda növbəti dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.
Pərvin Abıyevaya SƏRT İRAD: “İki rol oynamaqla...” – VİDEO
“Azad Azərbaycan” telekanalında yayımlanan “Bizimləsən” verilişində aktrisaların səhnə fəaliyyəti müzakirəyə çıxarılıb. Proqramın gedişi zamanı Əməkdar artist Kübra Əliyeva aktrisa Pərvin Abıyevaya irad bildirərək, onun təhsil almasının vacib olduğunu vurğulayıb:“Sənin fitri istedadın hələ üzə çıxmayıb.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 45-ci cildi çapdan çıxıb
"Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq". Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildindən götürülüb.
Misirdə iri terror aktının qarşısı alınıb
Misir polisi Sinay yarımadasının şimalında əl-Ariş şəhəri yaxınlığında iri terror aktının qarşısını alıb. Məlumata görə, naməlum şəxslər hərbçiləri daşıyan avtobusların keçdiyi yolun kənarında partlayıcı maddələr yerləşdiribmiş. Partlayıcıları yola baxış keçirən polislər aşkar edib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
Deputat: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi ölkədə ağır demoqrafik vəziyyətin mövcudluğunu göstərir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Məsim Hacıyev Sakaryaya gedib
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Sakaryada bir sıra tədbirlərdə iştirak edib. Baş konsul Sakaryada Xocalı abidəsinin qoyulması məsələsini yenidən gündəmə gətirib, bələdiyyə başçısı Zeki Toçoğlu isə qeyd edilən məsələnin qısa zamanda həll olunacağını bildirib.Görüşdə Azərbaycan və Türkiyənin iki qardaş xalq olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi vurğulandı.
Avtobusda 14 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT - GƏNCƏDƏ
Gəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabr ayının 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib.














