Gündəm
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq
“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil proqramlar, veb versiya, axtarış, “Google Earth” xidməti və “Android Auto” avtomobil informasiya sistemlərində fərqli şəkildə görsənəcək. Birincisi, yeni xəritələrdə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaq doldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyalarına üstünlük veriləcək. Bu yanaşma xəritəni həddən artıq yükləməyə imkan verməyəcək.
Yol patrul dronu konsepsiyası hazırlanıb
Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone” (“Yol patrul dorunu”) adlanan aparatın əsas vəzifəsi şosedə təhlükəsizliyin təminindən ibarət olacaq.
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir
“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir.
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq
Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində şirkətlərin kiberhücumlardan mühafizəsi üçün nəzərdə tutulan “Cyber Threat Intelligence” (CTI) servisini istifadəyə verib. Yeni xidmət biznesi təşkilatın və ya müəssisənin fəaliyyətini poza bilən kiberhücumlardan qoruyur.
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq
“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. Qurğu nazik çərçivəli və tərəfləri 18:9 nisbətinə bərabər ekranla və istifadəçinin sifətinin skan edilməsi funksiyası ilə seçilir. Smartfonda qoşa kamera quraşdırılmasa da, istehsalçı əsas diqqəti məhz fotoçəkmə imkanlarına yönəldib. Belə ki, “Vivo V7” smartfonu dağınıq arxa fonlu çəkilişlər edən 16 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib
“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz dizayna malikdir. Alüminium korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Smartfon “Full HD+” (2160x1080 piksel təsvir ölçülü) formatlı 6,01 düymlük “Optic AMOLED” displey, 20+16 meqapiksellik ikiqat əsas kamera, “Sony IMX371” əsasında 16 meqapiksellik ön kamera, “Qualcomm Snapdragon 835” prosessoru, 6 və ya 8 QB-lıq əməli yaddaş, 64 və ya 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir
“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu təqdim edib. Qurğu, həmçinin bir sıra unikal xüsusiyyətlərə malikdir. Onlar arasında qurğudan ratsiya kimi istifadəyə imkan verən qoşulan antena və vacib məqamların çəkilişi üçün kənar kamera qeyd olunur.
"Roma" "Qarabağ"la oyunu azarkeşsiz keçirəcək?
UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin "Çelsi" və İtaliyanın "Roma" komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb. Meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən "Roma" azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqni tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.
"Atletiko" sponsorla müqaviləsini yenilədi
"Atletiko Madrid" baş sponsoru "Plus500"lə müqaviləsinin müddətini uzadıb. Yeni anlaşma 2020/21 mövsümünün sonuna kimi nəzərdə tutulub. Bu sponsorla Madrid klubu 2015-ci ildən əməkdaşlıq edir. Yeni müqaviləyə əsasən "Atletiko"nun illik qazancı 15 milyon avro təşkil edəcək. Bonuslar da nəzərdə tutulur. Qeyd edək ki, "Plus 500"dən öncə (2012-15) klubun forması üzərində "Land of Fire Azerbaijan" yazısı vardı.
David Luis “Çelsi”dən ayrılır?
"Mançester Yunayted" qışda heyətini gücləndirmək niyyətindədi. "Mankunianlar"ın transfer hədəfi "Çelsi"nin braziliyalı müdafiəçisi David Luisdi. Baş məşqçi Joze Mourinyo rəhbərliklə söhbətində sabiq yetirməsinin alınmasını tələb edib. O, Luisin transferi ilə müdafiə xəttinin daha yaxşı çıxış edəcəyini bildirib. Bundan sonra hərəkətə keçən "qırmızı şeytanlar" qarşı tərəflə danışıqlara start veriblər.
"Atletiko" Özillə danışıqlara başladı
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletiko" "Arsenal"ın futbolçusu Məsut Özillə danışıqlara başlayıb. Madrid klubu Almaniya millisinin üzvünə illik 10 milyon avro əmək haqqı təklif edib.
Bakcell biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.
İngilislər “Qarabağ”ı siyahıdan sildi
"Qarabağ"ın Çempionlar Liqasında qrupdan çıxmaq şansı sıfıra bərabərdi. Bu iddia ilə İngiltərə mətbuatı çıxış edib. Həmkarlarımız Çempionlar Liqasında sona 2 tur qalmış qruplardakı vəziyyəti təhlil ediblər. Azərbaycan çempionunun yer aldığı C qrupunu ən rəqabətli və çətin qrup hesab edən britaniyalılar "Qarabağ"ın "Atletiko"nu büdrətməsini xüsusi vurğulayıblar.
Ayın ən yaxşı futbolçusu seçildi
İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu məlumdur. Bu mükafat "Manchester city"nin yarımmüdafiəçisi Leroy Saneyə təqdim olunub. Ötən ay 3 oyunda meydana çıxan almaniyalı havbek 3 qol, 3 məhsuldart ötürmənin müəllifi olub. O, bu nominasiyada Kevin de Bruyne (Manchester City), Naço Monreal (Arsenal), Vilfrid Zaha (Crystal Palace), Qlen Mürrey (Brighton) və Nik Poupu (Burnley) qabaqlayıb.
Azərbaycanlı gənclər Acunun verilişində ŞOU GÖSTƏRDİ - VİDEO
Türkiyənin "TV8" kanalında yayımlanan "Yetənək sizsiniz" yarışmasında Həzrət və İbrahim adlı azərbaycanlı iştirakçılar qatılıb. Azərbaycanlı gənclər kublarla müxtəlif oyunlar nümayiş etdirib. Onların göstərdiyi şou münsifləri və izləyiciləri təəccübləndirib. Hülva Avşar isə "Həyatımda ilk dəfədir ki, kub oyununu sevdim", - deyə bildirib.














