Gündəm
Məşhur aktyor vəfat etdi
Fransız teatr və kino aktyoru Rober İrş Parisdə 92 yaşında vəfat edib. Bildirilir ki, o, ölümündən iki gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilib. Rober İrş 1925-ci ildə anadan olub.
Ərdoğan: İŞİD-i ABŞ maliyyələşdirir
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan terror qruplaşmasının maliyyə dəstəyində ABŞ-ı ittiham edib. Bu haqda RİA xəbər agentliyi bildirir.
Qadın keçmiş əri tərəfindən “ASAN xidmət”də döyüldü
Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. Hadisə Gəncə “ASAN xidmət” mərkəzində baş verib. Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə “ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva 10 yaşlı oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı
Tanınmış xanəndə, xalq artisti Könül Xasıyeva oğlu Kazım üçün ad günü məclisi təşkil edib. O, oğlunun 10 yaşını təntənəli şəkildə qeyd edib. Bu barədə aparıcı Azər Süleymanlı məlumat verib. O, “İnstagram” səhifəsində xalq artisti ilə olan fotosunu paylaşıb. “Bu gün sənətkarımız balası Kazıma 10 yaş məclisi etdi. Vağzalı çaldırdı, boynuna şal saldı, barmağına üzük taxdı… Allah toyunu nəsib eləsin, əziz Könül xanım!
Moskvada silahlı insident
Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib. Naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.
Milli Dirçəliş Günü ilə bağlı mühazirə
Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.
20 yaşlı gənc “YouTube”dan qazandığı pulla özünə villa aldı
Səhv hesablanmış gömrük haqqı və yığımları geri qaytarılacaq
Nazirlər Kabineti "Gömrük ödənişlərinin qaytarılması Qaydaları"na bir sıra dəyişikliklər edib. Bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb. Dəyişikliyə əsasən, Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılacaq.
Jurnalisti təhqir edən direktor cəzalandırıldı - RƏSMİ
Axar.az-ın müxbirini təhqir edən Bakının 187 nömrəli tam orta məktəbin direktoru Məmmədova Nailə Adil qızına şiddətli töhmət verilib. Bu barədə Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. B.Məmmədov bildirib ki, N.Məmmədova “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozub:
DƏHŞƏTLİ HADİSƏ: Ata qapını bağlayıb getdi, 3 azyaşlı evdə yanaraq öldü
Rusiyanın İrkutsk vilayətində faciəli hadisə baş verib. Svirsk şəhərində fərdi evdə yanğın olub. Hadisə nəticəsində 3 uşaq yanaraq ölüb. Uşaqlardan ikisi 4 yaşlı əkiz, biri isə 2 yaşında olub. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb. Ata sobanı yandıraraq evdən çıxıb gedib.
FHN Bakıda baş verən qəza ilə bağlı məlumat yaydı
FHN bu axşam Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb. Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.
Nazir Türkiyədən üzr istədi
NATO-nin hərbi təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf kimi istifadə olunmasına görə Norveç rəsmi şəkildə Türkiyədən üzr istəyib. Bu barədə Norveçin müdafiə naziri Frank Bakke-Jensen rəsmi açıqlama yayıb.
Azərbaycanlı gənc ixtiraçı gözdən əlillər üçün xüsusi qurğu yaratdı — VİDEO
Azərbaycanlı gənc ixtiraçı Rəşid Əliyev gözdən əlillər üçün xüsusi qurğu icad edib. Məlumata görə, ixtira etdiyi qurğu ilə bağlı fikirlərini bölüşən R.Əliyev deyib ki, bu qurğu “Brail teach” (Breyl tədrisçisi) adlanır. Müsahibimiz adıçəkilən cihazın “brail” (breyl) əlifbasını öyrənmək üçün olduğunu və bir neçə dildə mövcudluğunu qeyd edib: “Brail teach”də 8 interaktiv oyun var və onlar iki rejimdə çalışır – hərflər və rəqəmlər. Bu üsul öyrənilən məlumatları daim yeniləməyə imkan verir".
"Facebook" "Sil" funksiyasını ləğv etdi
"Facebook" sosial şəbəkəsində yenilik olub. Yeniliyə əsasən bundan sonra istənilən hesabın səhifəsində paylaşılan status, video çarx və fotoları silmək mümkün olmayacaq. Amma buna baxmayaraq, "redaktə et" funksiyası saxlanılıb. Eyni zamanda "gizlət" funksiyası da qalır.
2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
Vaxt sürətlə uçur və Sarı İt ili üzərində təhvil olan 2018-ci il yorulmadan yaxınlaşır! Odur ki, 2018-ci ilin illərə görə proqnozu ilə tanış olmaq vaxtıdır.





.jpg)








