Moskvada silahlı insident

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib. Naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

Rusiyanın paytaxtında, "Moskva Siti" biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

Naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

İlkin məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31