Məşhur aktyor  vəfat etdi

Fransız teatr və kino aktyoru Rober İrş Parisdə 92 yaşında vəfat edib. Bildirilir ki, o, ölümündən iki gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilib. Rober İrş 1925-ci ildə anadan olub.

Fransız teatr və kino aktyoru Rober İrş Parisdə 92 yaşında vəfat edib. Bildirilir ki, o, ölümündən iki gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilib.

Rober İrş 1925-ci ildə anadan olub. O, 40-cı illərin sonunda Parisdə Milli konservatoriyasının dram şöbəsini bitirib. İrş demək olar ki, ömrünün sonuna kimi kino və teatrda çalışıb. O, karyerasında "Üç muşketyor", "Şokla müalicə" və s. filmlərdə rol alıb. Aktyora ən çox populyarlıq qazandıran 1959-ci ildə rol aldığı "Üç Muşketyor" filmi olub. İrş dörd dəfə "Molyer" mükafatına, eləcə də Fransanın "Sezar" milli kino mükafatı laureatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31