Gündəm

Millət vəkili Rasim Balayevlə görüşdü

18 Noyabr 2017 21:03

Xalq artisti Rasim Balayevlə millət vəkili Qənirə Paşayeva görüşüb. Deputat sosial şəbəkədə görüşdən fotoları paylaşaraq aktyorla bağlı fikirlərini bölüşüb: “Azərbaycan kinosunu onsuz təsəvvür etmək sadəcə mümkünsüzdür. “Dədə Qorqud”da Beyrəyi, “Babək”də Babəki, “Nəsimi”də Nəsimini biz onunla daha çox sevmişdik. Onun yaratdığı bütün rollar sevilirdi, çünki o, qəhrəmanlarını oynamırdı, yaşayırdı. Bir başqadır onun kinomuzdakı yeri və rolu. Özəlliklə bizim gənclik illərində hər kəs ona heyranlıqla baxardı və sevərdi. İllər keçdi, yaşı artdı. Kinomuzda yaşanan bəzi proseslərdən dolayı oynadığı rollar azaldı, televiziya ekranlarında az görünməyə başladı, amma heç kəs onu unutmadı, ona sevgi azalmadı.

Tanınmış atlet vəfat etdi

18 Noyabr 2017 20:58

Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib. 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Dünyanın ən böyük hava gəmisi qəzaya uğradı

18 Noyabr 2017 20:55

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb. Hadisə Bedfordşir qraflığında baş verib. 20 tonluq “Airlander 10” açıq sahədə yerə düşüb. Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.

Şahin Diniyev istefa verdi

18 Noyabr 2017 20:53

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Gəncədə baş tutan “Kəpəz”- “Səbail” qarşılaşmasından sonra istefa verib. Təcrübəli mütəxəssis bu haqda oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Suriyada İŞİD-ın mövqelərinə zərbələr endirilib

18 Noyabr 2017 20:51

Rusiya Hava-Kosmik Qüvvələrinin “Tu-22M3” tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əbu-Kamal şəhərində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

Türkiyənin ABŞ-ı hiddətləndirəcək Rza Zərrab həmləsi

18 Noyabr 2017 20:50

Türkiyənin Ali Məhkəməsi ABŞ-ın Nyu-York şəhərinin keçmiş hakimi Pret Bharara, hakim Con Kim və digər işçilər haqqında istintaq işi başladıb. Buna səbəb Türkiyə və İran vətəndaşı olan Rza Zərrabın məhkəmə prosesi ilə bağlı qaranlıq qalan məqamlar olub.

Azərbaycana 9,3 mln. dollarlıq avtobus gətirilib

18 Noyabr 2017 20:48

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 138 ədəd avtobus idxal edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sayda avtobusların ümumi dəyəri 9 281,2 min ABŞ dolları təşkil edib.

Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

18 Noyabr 2017 20:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib. Ərdoğan Yens Stoltenberqin Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə görə üzrünü qəbul etməyib. O, bildirib ki, belə hörmətsiz davranış asanlıqla bağışlana bilməz:

Əli İldırımoğlunun 90 illiyi qeyd olundu

18 Noyabr 2017 16:49

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...

18 Noyabr 2017 16:44

Kazanlılar arasında bu il yeni il tətilini keçirmək üçün ən populyar istiqamətlər Bakı və Parisdir. "OneTwoTrip" səyahət xidməti dekabrın 27-dən yanvarın 11-ə qədər satılmış biletlərin analizinə əsasən belə qənaətə gəlib.

Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - ADLAR

18 Noyabr 2017 16:41

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

"Ərim mənə yaxınımla xəyanət etdi"- Prodüserdən ETİRAF 

18 Noyabr 2017 16:36

Məşhurlarımız üzləşdikləri xəyanətlərdən danışıb. “Vüsalə ilə sözbəsöz” verilişində ailələrin dağılmasının səbəbləri müzakirə olunub. Məşhurlar arasında sorğu keçirilib və onlar qalmaqala səbəb olacaq açıqlamalar veriblər.

Diplomat  yoxa çıxdı

18 Noyabr 2017 16:34

Yunanıstanın Gümülcinə şəhərində işləyən türkiyəli diplomat Davud Ocaq həyat yoldaşı Dərya Ocaqla birlikdə yoxa çıxıb. İddialara görə onlar 14 noyabr tarixində motorlu qayıqla İqumeniça limanından İtaliyaya gedib. O gündən etibarən onların heç birindən xəbər yoxdur.

Prezident onlara fəxri ad verdi

18 Noyabr 2017 16:32

Prezident İlham Əliyev “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin:

Dövlət Mülki Aviasiya Administrasiyasının bu səlahiyyəti ləğv edildi

18 Noyabr 2017 07:46

Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.  Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.