Gündəm
Rusiyanın xarici işlər naziri Bakıda
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəlib. Bu gün S. Lavrovun Azərbaycan prezidenti görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri müzakirə olunacaq.
"Real" "Qarabağ"ın rəqibi ilə bacarmadı
İspaniya La Liqasının 12-ci turunda Madrid derbisi baş tutub. "Atletiko" öz meydanında "Real"ı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Bununla da "Real" klubunun əzəli rəqibi "Barselona" ilə arasındakı fərq 10 xala çatıb.
Polis intihar etdi
Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb. Yaralananlar polisin sevgilisi, onun anası və bacısı olub, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər. Daha sonra polis əməkdaşı intihar edib.
Baş prokuror Argentinada öldü
İspaniyanın baş prokuroru Xose Manuel Maza Argentinada dünyasını dəyişib. O, Argentinaya beynəlxalq tədbirdə iştirak üçün gedibmiş. Qəfildən halı pisləşən prokuror xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı
Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.
Meşələri qıranı 51 nəfərə qarşı inzibati protokol tərtib olundu
Oğuzda meşələri qıranlara və qanunsuz ağackəsmə ilə məşğul olanlara qarşı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, "Ətraf mühitin mühafizəsi", təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı 2017-ci ilin on ayı ərzində Oğuz RPŞ tərəfindən 51 inzibati protokol tərtib olunub.
Trampın özəl təmsilçisi Suriyaya səfər etdi - FOTO
ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə xüsusi təmsilçisi Bred Makqark Suriyanın Rakka şəhərinə səfər edib.
Azərbaycan gimnastı dünya çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif Kifayət qədər nüfuzlu yarışlar idman aləmində həm də gənclər arasında dünya çempionatı kimi tanınır. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.
NATO-nun baş katibi Ərdoğandan növbəti dəfə üzr istədi
NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib və insidentlə əlaqədar görülən tədbirlər barədə ona məlumat verib.
Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlandı
Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb. Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib.
Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı
Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb. Cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.
Qocalar evində yanğın: 27 nəfər...
ABŞ-ın Filadelfiya ştatında qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 27 nəfər xəsarət alıb, bir neçə nəfər itkin düşüb. Hadisə noyabrın 17-nə keçən gecə baş verib.
Teymur Rəcəbov liderlər qrupunda
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında keçirilən şahmat üzrə FİDE Qran-pri seriyasının sonuncu mərhələsinin 3-cü turundan sonra liderlər qrupunda yer alıb. T.Rəcəbov şənbə günü baş tutan növbəti qarşılaşmada Niderlanddan olan rəqibi Aniş Qiri ilə heç-heçə edib - 0,5:0,5.
Prezidentin olduğu helikopter təcili eniş etdi
Argentina prezidenti Maurisio Makrinin içərisində olduğu helikopter təcili eniş edib. Bu barədə Argentinanın Telam xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, prezident Marki ailə üzvləri ilə birgə Çapadmalal şəhərinə getmək üçün helikopterdən istifadə ediblər.
Berlindəki səfir geri çağırıldı
Rəsmi Ər-Riyad Berlindəki səfirini məsləhətləşmələr üçün səfirini geri çağırıb. Bu barədə informasiyanı SPA agentliyi yayıb. Səfirin geri çağırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndəriləcəyi bildirilib.


.jpg)











