Prezidentin olduğu helikopter təcili eniş etdi
Argentina prezidenti Maurisio Makrinin içərisində olduğu helikopter təcili eniş edib. Bu barədə Argentinanın Telam xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, prezident Marki ailə üzvləri ilə birgə Çapadmalal şəhərinə getmək üçün helikopterdən istifadə ediblər.
18 Noyabr 2017 21:08 DünyaArgentina prezidenti Maurisio Makrinin içərisində olduğu helikopter təcili eniş edib. Bu barədə Argentinanın Telam xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, prezident Marki ailə üzvləri ilə birgə Çapadmalal şəhərinə getmək üçün helikopterdən istifadə ediblər. Uçuş zamanı qəfildən havanın pisləşməsi və güclü külək helikopteri təcili şəkildə yerə enməyə məcbur edib. Təcili enişdən sonra prezident və ailəsi həmin ərazidən uzaqlaşdırılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
A24.az