Gündəm

Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir

20 Noyabr 2017 09:17

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş naziri olmağa hazır olduğunu bəyan edib. Bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada Ukraynaya yeni hakimiyyətin lazım olduğunu deyib.

Telman İsmayılov haqqında çıxan cinayət ittihamları ilə bağlı açıqlama verdi

20 Noyabr 2017 09:15

Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Bu barədə T.İsmayılov “Rusiya 24” telekanalına müsahibəsində bildirib. “Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”, deyə T.İsmayılov vurğulayıb.

“Muğam və mənəviyyat” - Muğam Mərkəzində

20 Noyabr 2017 09:13

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın”, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə”, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.

Bakıda 16 mərtəbəli binadan bahalı avtomobilin üzərinə paltaryuyan maşın atdılar

20 Noyabr 2017 09:10

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “Moskva” Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan “LEXUS” markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Kral xəstəxanada

20 Noyabr 2017 09:08

Norveç kralı V Harald paytaxt Oslonun Kral xəstəxanasına yerləşdirilib. Bu barədə Krallıq Sarayının mətbuat xidməti xəbər verib. Xəbərdə billdirilir ki, buna səbəb onun infeksiyaya yoluxmasıdır. Kralın vəziyyəti kafi kimi qiymətləndirilir və sağalmağa doğru gedir.

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

19 Noyabr 2017 20:28

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir. Hərbi təlimə Xəzər donanmasının 20 gəmi və kateri, o cümlədən “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç” “Velikiy Ustyuq”, “Volqodonsk”, “Mahaçqala” və “Astraxan” kiçik raket və artilleriya gəmiləri qatılıb.

Qurban Qurbanov hansı futbolçunu "Qarabağ"dan qovdu?

19 Noyabr 2017 20:23

Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.

Partlayışda həlak olan azərbaycanlı hərbçi qadının FOTOLARI

19 Noyabr 2017 20:21

Ötən gün Donetskdə güclü partlayış baş verib. Partlayış Kiyev vaxtı ilə saat 11:30-da qeydə alınıb. Partlayış nəticəsində mənzillərdə şüşələr sınıb və güclü gurultu eşidilib. Güclü partlayış nəticəsində ölən və yaralananlar olub.

Zina edən qadını belə cəzalandırdılar

19 Noyabr 2017 18:43

İndoneziyada zina etdiyi iddia edilən qadın yaxalanaraq hər kəsin gözləri önündə cəzalandırılıb. Üzünə maska taxan bir nəfər tərəfindən qırmanclanan qadının görüntüləri dünyada əks-səda doğurub. Ağ geyindikdən sonra cəza veriləcəyi sahəyə gətirilən qadın dizləri üzərinə çökdürülərək səsini çıxarmadan boyun əymək məcburiyyətində qoyulur.

Azərbaycanda otel yandı

19 Noyabr 2017 18:25

Salyan rayonunda yanğın olub. Axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən “Kür” hoteli yanmağa başlayıb.

Bakıda gənc qız gecə klubunda döyüldü

19 Noyabr 2017 17:39

Bakıda gecə klubunda insident yaşanıb. Hadisə gecə saat 02 radələrində Rəşid Behbudov küçəsində yerləşən "Seyf" klubda baş verib.

NASA itkin düşən sualtı qayığın axtarışına başladı

19 Noyabr 2017 17:03

Argentinada 4 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı qayığın axtarışarı davam edir. Qayığın axtarışlarına ABŞ və İngiltərədən kömək göndərilib.

İŞİD-dən general Qasım Süleymaniyə ağır zərbə

19 Noyabr 2017 16:18

İranın Qüds Qoşunlarının Komandanı general Qasım Süleymaninin müşaviri Xeyrullah Samadi Suriyada öldürülüb. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, Samadi Suriya ordusu ilə İŞİD arasında gedən qarşıdurma zamanı yaralanıb və xəstəxanaya aparılan zaman yolda ölüb.

Zəlzələ - İtaliyada

19 Noyabr 2017 15:49

İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.