“Muğam və mənəviyyat” - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın”, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə”, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin "Muğam və mənəviyyat" adlı birgə layihəsi çərçivəsində konsert keçirilib.

Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Aygün Bayramova "Yar olmayaydın", Xalq artisti Nəzakət Teymurova "Bulaq üstə", Əməkdar artist Almaz Orucova isə "Badi-Səba" təsnifini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, xanəndə Fəraməz Gərmrudinin ifasında "Dəşti" muğamı təqdim olunub.

Tədbirdə xanəndələri "Könül" intrumental ansamblı müşayiət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31