NASA itkin düşən sualtı qayığın axtarışına başladı

Argentinada 4 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı qayığın axtarışarı davam edir. Qayığın axtarışlarına ABŞ və İngiltərədən kömək göndərilib.

Argentinada 4 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı qayığın axtarışarı davam edir.

Qayığın axtarışlarına ABŞ və İngiltərədən kömək göndərilib.

Məlumata görə, həmçinin NASA "P-3 Orion" kəşfiyyat təyyarəsini axtarışlara dəstək üçün göndərib. Donanma qanunlarına əsasən, rabitə əlaqəsi olmayan bir sualtı qayığın su üzünə çıxması şərt sayıldığı üçün, axtarış əməliyyatları okean səthində davam etdirilib.

Qeyd edək ki, Argentina Hərbi Dəniz Donanmasına məxsus sualtı qayıq 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31