Qurban Qurbanov hansı futbolçunu "Qarabağ"dan qovdu?

Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb. Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.

Premyer Liqanın lideri "Qarabağ"da gözlənilməz qalmaqal baş verib. Adətən nizam-intizamı ilə seçilən komanda daxilində xoşagəlməz olay yaşanıb.

Qurban Qurbanovun şəxsi istəyi ilə qışda heyətə cəlb olunan Elgün Uluxanov komandanı ataraq Rusiyaya qaçıb. Buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub. Elgün baş məşqçi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.

Müdafiəçi artıq 2 həftədir ki, "Qarabağ"da deyil. Mənbənin bildirdiyinə görə, hadisədən xəbər tutan Qurban Qurbanov qəzəblənərək Uluxanovu bağışlamayacağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31