Əli İldırımoğlunun 90 illiyi qeyd olundu

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, "Şöhrət" ordenli, Əməkdar Jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Olaylar.az bildirir ki, iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

Xalq Artisti Nurəddin Mehdixanlının aparıcısı olduğu tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu deyib. Vurğulayıb ki, jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir. 

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyara rayon ictimaiyyətinin təbriklərini çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib. Daha sonra  tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə yazıçının fikirlərinə və xatirələrinə geniş yer verilib.

Yubiley gecəsi Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31