Milli Dirçəliş Günü ilə bağlı mühazirə
Bilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.
18 Noyabr 2017 07:28 SosialBilik Fondunun mühazirəçisi, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov Saatlı şəhər Tibb Kollecində Milli Dirçəliş Günü ilə bağlı "Azərbaycan xalqının inkişaf yolu" mövzusunda mühazirə ilə çıxış edib.
Mühazirədə Bilik Fondunun Saatlı rayonu üzrə nümayəndəsi, məktəb direktoru Təranə Babayeva, Tibb Kollecinin direktoru Kamal Mürsəlov, direktor müavini Sevinc Məmmədova və tələbələr iştirak ediblər.
M.Əhmədov tədbir iştirakçılarının Milli Dirçəliş Günü münasibətilə təbrik edib, bu günün mahiyyəti və Azərbaycanın inkişaf yolundan geniş söz açıb.