Məsim Hacıyev Sakaryaya gedib
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Sakaryada bir sıra tədbirlərdə iştirak edib. Baş konsul Sakaryada Xocalı abidəsinin qoyulması məsələsini yenidən gündəmə gətirib, bələdiyyə başçısı Zeki Toçoğlu isə qeyd edilən məsələnin qısa zamanda həll olunacağını bildirib.Görüşdə Azərbaycan və Türkiyənin iki qardaş xalq olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi vurğulandı.
17 Noyabr 2017 17:31 SosialAzərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Sakaryada bir sıra tədbirlərdə iştirak edib. Baş konsul Sakaryada Xocalı abidəsinin qoyulması məsələsini yenidən gündəmə gətirib, bələdiyyə başçısı Zeki Toçoğlu isə qeyd edilən məsələnin qısa zamanda həll olunacağını bildirib.Görüşdə Azərbaycan və Türkiyənin iki qardaş xalq olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsi vurğulandı.
Sonra baş konsul 30 oktyabr tarixində İstanbul Universitetində Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında keçirilmiş əməkdaşlıq proqramına həsr olunmuş toplantıya dair söhbət apardı, Sakarya Universitetinin rektoru Muzaffer Elmasla əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyi, tələbələrin qarşılaşdığı problemlərin həll edilməsinə köməklik edilməsi barədə danışdı.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş konsul aprel döyüşlərində Azərbaycanın işğal altında olan bir sıra torpaqlarının düşmən işğalından azad edildiyini vurğuladı.
Sonra Sakarya Universitetində təhsil alan tələblərlə görüş keçirildi.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.