“Ermənistanın Aİ-yə inteqrasiyası hələlik qeyri-realdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Bundestaq deputatı Mattias Moosdorf "İzvestiya" qəzetinə müsahibəsində bildirib ki, Ermənistan Avropa İttifaqı (Aİ) standartlarına uyğunlaşmada irəliləyiş əldə etsə də, onun quruma tam inteqrasiyaya hazır olduğunu demək hələlik qeyri-realdır. Deputat qanunvericiliyin tətbiqi, məhkəmə və dövlət idarəçiliyinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə, eləcə də ticarətdə texniki və sanitariya standartlarına əməl olunması sahələrində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına (EAƏS) üzvlüyünün də nəzərə alınmalı olduğunu qeyd edib.

Ermənistan parlamenti 2025-ci ilin martında Aİ-yə daxilolma prosesinin başlanması haqqında qanun qəbul edib və apreldə bu sənəd prezident Vaaqn Xaçaturyan tərəfindən təsdiqlənib. Bundan sonra Rusiya prezidenti Vladimir Putin İrəvanın Aİ və ya EAƏS arasında seçim etməli olduğunu bildirərək referenduma çağırış edib. Baş nazir Nikol Paşinyan isə ölkənin EAƏS-in tamhüquqlu üzvü olaraq qaldığını və referendumun yalnız obyektiv zərurət yaranarsa keçirilə biləcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31