Tərtərdə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusu müzakirə olunub
Tərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov rayondakı dini durum barədə məlumat verib. DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.
17 Noyabr 2017 15:57 SosialTərtər Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə "Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov rayondakı dini durum barədə məlumat verib. DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov nümunəvi dövlət-din münasibətlərindən danışıb. Din pərdəsi altında dinin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğunu deyən A.Axundov bunun ağır nəticələrə səbəb olduğunu vurğulayıb.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova qeyd edib ki, bəzi dövlətlərdə dinin siyasiləşdirilməsinin nəticəsində baş verən ictimai-siyasi hadisələr hamımıza bəllidir. S.Yusifova ölkəmizdə belə hallara rast gəlinməməsinin sevindirici hal olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov bildirib ki, dinin siyasiləşdirilməsi tarixboyu öz acı nəticələrini verib. Müasir dövrümüzdə də hansı dövlətdə din siyasiləşdirilirsə orada sabitlik pozulur, hətta vətəndaş müharibələri baş verir. Bizim respublikamızda qanunla din dövlətdən ayrıdır, lakin dindarlar ölkə vətəndaşı olaraq cəmiyyət qarşısında müəyyən məsuliyyətlər daşıyırlar. "Heç bir dini qrup və ya birləşmə Azərbaycan Respublikasında siyasi sabitliyi poza bilməz".