““525”- zamanın sınağında” kitabı təqdim olundu
Noyabrın 17 – də Bakı Dövlət Universitetində “525 – ci qəzet”in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə universitetin jurnalistika fakültəsi Elmi Şurasının 26 sentyabr 2017 – ci il tarixli qərarı ilə nəşr edilən, elmi redaktoru filologiya elmləri doktoru Allahverdi Məmmədli, redaktoru filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəyi əsasında, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin müəllifi olduğu ““525”-zamanın sınağında” kitabının təqdimatı keçirildi.
17 Noyabr 2017 15:33 SosialNoyabrın 17 - də Bakı Dövlət Universitetində "525 - ci qəzet"in 25 illik yubileyinə həsr olunmuş tədbir və yubiley münasibəti ilə universitetin jurnalistika fakültəsi Elmi Şurasının 26 sentyabr 2017 - ci il tarixli qərarı ilə nəşr edilən, elmi redaktoru filologiya elmləri doktoru Allahverdi Məmmədli, redaktoru filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun rəyi əsasında, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin müəllifi olduğu ""525"-zamanın sınağında" kitabının təqdimatı keçirildi.
Tədbirdə ölkənin ictimai - siyasi xadimləri ilə yanaşı, KİV nümayəndələri də iştirak edirdi.
Tədbiri açıq elan edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirdi ki, "525- ci qəzet"in yubileyinin məhz BDU - da qeyd olunması təsadüfü deyil. "Bu gün bu qəzetdə çalışan rəhbərlər və işçilərin bir çoxu bizim universitetin məzunları olub. "525 - ci qəzet" hər zaman BDU - da və eləcə də ölkəmizdə baş verən hadisələri obyektiv və operativ yayımlayır. Fikrimcə, hər bir KİV - in yubileyi milli yubiley olmalıdı. Qəzet - ölkənin milli yönümdə inkişafına dəstək verən, insanlarda milli düşüncələrin formalaşmasına dəstək olan qüvvədi. "525 - ci qəzet"in milli - mənəvi dəyərlərin formalaşmasında, ədəbi - bədii fikrin formalaşmasında müstəsna xidmətləri var. Ona görə də "525 - ci qəzet"i ümummilli qəzet adlanıra bilərik.
"525 - ci qəzet" YAP - la həmyaşıddı. Azərbaycanın keçid dövründə bir sıra qəzetlər çətin vəziyyətə, şəraitə tab gətirə bilməyərək, fəaliyyətlərini dayandırdılar. Lakin, "525 - ci qəzet" bütün çətinliklərə rəğmən hələ də fəaliyyətini uğurla davam etdirir.
KİV - nin inkişafında demokratik düçüncə olduqca mühüm məsələdi. Bu demokratik düşüncənin banisi Umummilli lider Heydər Əliyevdi. Zamanla bu demokratik düçüncəni Azərbaycan respublikasının prezidenti İlham Əliyev davam etdirdi. Buna bariz sübut kimi ölkə prezidentinin hər il jurnalistlərlə olan görüşünü misal göstərə bilərik."
Sonra Abel Məhərrəmov Bakı Dövlət Universiteti adından "525 - ci qəzet"ə Umummilli lider Heydər Əliyevin qızıl hərflərlə yazılan "Bakı Dövlər Universiteti Azərbaycan xalqının milli sərvətidi" sözləri həkk olunan lövhəni təqdim etdi.
Daha sonra çıxış edən """525"-zamanın sınağında" kitabının müəllifi, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli "525 - ci qəzet"in hər zaman gənclərə geniş yer ayırdığını xüsusi vurğuladı. "Bu qəzet Heydər Əliyevin demokratik mətbuat konsepsiyasını əsas tutub, bu gün də ölkə prezidentinin bu yöndə olan fəaliyyətini davam etdirir. Təsadüfü deyil ki, Prezident İlham Əliyev hələ prezident olmamışdan öncə ilk müsahibəsini "525 - ci qəzet"ə vermişdi.
Bundan əlavə, "525 - ci qəzet" Azərbaycan ədəbiyyatının inkişafında öz müstəsna xidməti olan qəzetdi."
Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxışı zamanı vurğuladı ki, müstəqillik tariximizdən bu günə qədər fəaliyyət göstərən bir sıra dövlət qəzetləri var: "Olaylar", "Kaspi", "Şərq" və "525 - ci qəzet". "525- ci qəzet" çox elastik şəkildə ictimai - siyasi hadisələrə yer ayırır.
Bu qəzetdə klassiklərlə yanaşı, gənclərə də geniş yer verildiyini bildirən Nizami Cəfərov "525 - ci qəzet"i Rəşad Məcidin xarakterinə bənzədərək onun gənclərə geniş verdiyini qeyd etdi.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 1992 -ci ildə, Azərbaycanın ən çətin günlərində yaranan və bu gün də internet medianın üstünlük təşkil etməsinə baxmayaraq, "525 - ci qəzet"in uğurla dərc olunmasını xüsusi qeyd etdi.
"Bu qəzet seçilmiş insanların, ziyalıların qəzetidir, onun öz oxucuları var. Bu Rəşad Məcidin və onun kollektivinin uğurudu." - deyə, Vüqar Səfərli vurğuladı.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov yubiley münasibətilə qəzetin rəhbərliyini və əməkdaşlarını təbrik etdi. V. Səlimov qeyd etdi ki, qəzet mətbuat orqanlarının içində ictimai fikrin formalaşmasında mühüm yer tutur: "Qəzet eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin ictimai rəyə çatdırılmasında mühüm rol oynayan məqalələri ilə diqqət çəkir, onları geniş oxucu kütləsinə çatdırır. Qəzetin ikinci istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin formalaşmasında apardığı təbliğat işidir. "525-ci qəzet"in səhifələrində ziyalıların məqalələrini böyük diqqətlə oxuyuruq. Azərbaycanda jurnalistlərin formalaşmasında "525-ci qəzet" mühüm rol oynayır".
BDU-nun Jurnalistika fakültəsinin müəllimi, professor Şirməmməd Hüseynov isə "Mən 1996-cı ildən bu qəzetə yazıram. Heç bir müəllifin qəzetdə mənim qədər yazısı dərc edilməyib", deyə bildirib.
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, təhsil naziri Mikayıl Cabbarovun təbrik məktubu qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edilib.
Sonda çıxış edən Rəşad Məcid tədbir iştirakçılarına və Bakı Dövlət Universitetinin qəzet haqqında kitab çap etməsinə görə akademik Abel Məhərrəmova və professor Cahangir Məmmədliyə minnətdarlığını bildirdi.
Nigar Adil